Adil Əliyev təşəkkür etdi — “Bu, Azərbaycan idmanının inkişafına xidmət edir”backend

Adil Əliyev təşəkkür etdi — “Bu, Azərbaycan idmanının inkişafına xidmət edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev kikboksinq üzrə kadetlər və yeniyetmələr arasında keçirilən XXI Azərbaycan birinciliyinin yekununa dair fikirlərini bildirərkən deyib.

Deputat yarış boyu onları dəstəkləyən həs kəsə təşəkkürünü bildirib:

\”Martın 23-26-da Bakı İdman sarayında Kikboksinq üzrə kadetlər və yeniyetmələr arasında keçirilən XXI Azərbaycan birinciliyində bizi tək buraxmayıb dəstək olan bütün dostlarımıza, idmansevərlərə öz təşəkkürümü çatdırıram. Azərbaycan kikboks tarixində ilk dəfə olaraq yüksək səviyyədə izdihamlı tədbirin keçirilməsinin şahidi olduq. Üç gün ərzində sizlərin böyük dəstəyini gördük. Dəstək və alqışlarınız Azərbaycan idmanın inkişafına xidmət edir. İnanıram ki, bu cür tədbirlərimiz güclü idmançılarımızın yetişməsinə və formalaşmasına böyük stimul olacaq\”.

İnterpress.az