Maddələr mübadiləsini sürətləndirinbackend

Maddələr mübadiləsini sürətləndirin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maddələr mübadiləsinin sürətini necə artırmaq olar?

1. Yuxudan oyandıqdan sonra 1 saat ərzində nahar edin
Sürətli maddələr mübadiləsi üçün nizamlı qidalanmaq vacibdir. Yuxudan oyandıqdan sonra 1 saat ərzində nahar edərək, maddələr mübadiləsi sürətini 30 faiz artıra bilərsiniz. Naharda yağlı və şəkərli qidalar yeməyin. Naharın balanslı və doyumlu olması üçün süfrədə zülal (yumurta, pendir, süd), keyfiyyətli karbohidrat (tam taxıllı məhsullar, yulaf), mövsümə uyğun yaşıl meyvə-tərəvəz olmalıdır.

2. Ara yeməklərini unutmayın

Maddələr mübadiləsi sürətinin azalmasının ən böyük səbəblərindən biri də nizamsız qidalanma vərdişidir. Xüsusilə səhər yeməyi, nahar, şam yeməyi nizamlı olmalıdır. Bu, qidaların bədəndə yağ kimi toplanmasının qarşısını alır. İki əsas payın arasında 4-5 saata kimi vaxt olmalıdır. Həmin müddətdə isə ara paylarına biganə yanaşmayın.

3. Gündə 10 stəkan su için
Havanın soyuması səbəbindən su ehtiyacınızı unutmayın. Gündə 10 stəkan su içmək maddələr mübadiləsi sürətini artırar və aldığınız enerjinin bədəndə yağ kimi yığılmasına mane olar.

4. 1 fincan darçınlı, limonlu, zəncəfilli çay için
Zəncəfil və darçın bədən istiliyini yüksəldərək maddələr mübadiləsi sürətini artırır. Bunlarla yanaşı, C vitamini ilə zəngin olan limon əlavə edərək, maddələr mübadiləsini sürətləndirə və immunitet sisteminizi gücləndirə bilərsiniz. 1 böyük stəkan qaynamış suya 1 dilim təzə zəncəfil, 1 dənə çubuq darçın, 2 dilim limon əlavə edib qarışdırın, 10 dəqiqə dəmləyin. Çayı şirin etmək üçün 1 çay qaşığı üzüm bəhməzi əlavə edə bilərsiniz.

5. Şəkərli qidalar və xəmir yeməklərindən imtina edin[/b]

Ac olduqda ilk ağıla gələn şəkərli qidalar və xəmir yeməkləri olur. Ancaq unutmayın ki, karbohidrat tərkibli və kalorisi yüksək olan bu qidaların hamısı bədəndə yağ kimi yığılır. Ac olduqda bu kimi qidaların yerinə mövsüm meyvələrindən 1 boşqab (1 orta boy alma, ya portağal və ya 1 dənə kivi və s.) yesəniz, çəkinizi idarə edərsiniz.

[b]6. Süfrədə yaşıl yarpaqlı tərəvəzlər olsun
Dəyişən hava şərtlərinə uyğunlaşmaq üçün bədən müqavimətini artırmaq lazımdır. C vitamini bədən müqavimətini artırır və güclü immunitet sistemi yaradır. Bunun üçün də C vitamini ilə zəngin olan ispanaq, kahı, brokoli və kələm kimi yaşıl yarpaqlı tərəvəzlərdən yeməklər hazırlayın və həftədə ən azı 3-4 dəfə yeyin. Yaşıl yarpaqlı tərəvəzlərlə yanaşı, C vitamini ilə zəngin olan sitrus meyvələri də immunitet sistemini dəstəkləyir. Hər gün 1 ədəd portağal və ya qreypfrut yemək bədən müqavimətini artırır.

7. Badam yeyin

Riboflavin, maqnezium, mis və yağ turşusu ilə zəngin olan badamın həzm edilməsi üçün bədənin daha çox enerji xərcləməsi lazımdır. Bunun nəticəsində maddələr mübadiləsinin sürəti artır. Badam həm də uzun müddət mədədə qalır və özünüzü tox hiss edərsiniz. Odur ki, gündə 8-10 dənə çiy badam yeyin ki, maddələr mübadiləniz sürətlənsin.

8. Gündə 1 fincan yaşıl çay için

Yaşıl çayın tərkibində olan kofein və “epiogallocatechin-3-gallatin” adlı komponentlər sinir sistemi ilə beyinə təsir edir, ürək döyüntüsü və maddələr mübadiləsini sürətləndirir. Tərkibindəki polinefol komponentləri də iştahann azalmasına kömək olur. Ancaq yaşıl çayın bu təsirləri üçün onu doğru dəmləmək vacibdir. Yaşıl çayı qətiyyən qaynatmayın. Bir çaydan qaynamış suyu ocaqdan götürdükdən sonra içinə 1 çay qaşığı qədər yaşıl çay əlavə edib 3-4 dəqiqə dəmləyin, sonra süzün. İstəsəniz, isti və ya soyuq halda için.

9. Duzu azaldın
Duzda olan natrium bədənə su toplanmasına səbəb olur. Bunun nəticəsində də şiş yaranır. Xüsusilə səhərlər oyandıqda özünüzü şişkin və kök hiss edərsiniz. Gündəlik duz qəbulunu 5 qram (1 çay qaşığı) ilə məhdudlaşdırmağa çalışın.

10. Fiziki fəaliyyətləri artırın
Havanın soyuması idmana ara verməyinizə səbəb olmasın. Əgər hər hansı bir idman sahəsi ilə maraqlanmırsınızsa, gündəlik 30-40 dəqiqə piyada yeriyin. Beləliklə, yavaşlayan maddələr mübadiləsi sürətini tarazlayarsınız.

İnterpress.az