Qəzada həlak olan tələbələrin ailələrinə yardım edildibackend

Qəzada həlak olan tələbələrin ailələrinə yardım edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə qəzadə həlak olan tələbə Nəsibov İbrahimin valideynləri bildiriblər. Onların sözlərinə görə, övladının dəfnində iştirak edən universitet kollektivi və rektoru onlara 500 manat məbləğində pul vəsaiti verib. Məlumatı universitetin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlili təstiqləsə də məbləği açıqlamayıb. O bildirib ki, vəsait nəğd şəkildə dəfn günündə dünyasını dəyişən tələbələrin valideynlərinə verilib.

Bundan başqa Nəsibov İbrahimin valideynləri tabe olduqları Şuşa rayon icra hakimiyyətindən gileyləniblər. Onlar icra başçısı Bayram Səfərovun başsağlığı belə vermədiyini söyləyiblər.

Xatırladaq ki, martın 9-da baş verən qəzada \”Ford-Tranzit\” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə 6 nəfər ölüb, 16 nəfər isə yaralanıb. ( baku.ws )

İnterpress.az