Petrosyanın “torpaqlar qaytarılmalıdır” açıqlaması haqdabackend

Petrosyanın “torpaqlar qaytarılmalıdır” açıqlaması haqda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Levon Ter-Petrosyanın açıqlamasını BakiPost.az-a şərh edərək bildirib ki, Ermənistanın eks-prezidenti reallığı dərk edir: \”O bilir ki, indiki vəziyyət Ermənistanı uçuruma aparır, Ermənistan gəncləri onlara aid olmayan torpaqlarda ölürlər və belərinin sayı getdikcə artır. Üstəgəl Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyi bu ölkəni mümkün inkişaf perspektivindən də məhrum edir. Ona görə də Levon Ter-Petrosyan \”mərhələli həll” planını dəstəkləyir, yəni birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılmasını vacib bilir. Təəssüf ki, Ermənistanın indiki prezidenti bu reallığı qəbul etmir və Levon Ter-Petrosyanı eşitmir”.

Politoloq vurğulayıb ki, Levon Ter-Petrosyanın təklifi qəbul edilsə, bu həm münaqişənin həllini sürətləndirəcək, həm də Ermənistan üçün çox vacib olan Azərbaycan və Türkiyə ilə münasibətlərin tədricən nizamlanmasına yol açacaq.

İnterpress.az