TQDK-nın sabiq mətbuat xidmətinin rəhbəri axtarışa verilibbackend

TQDK-nın sabiq mətbuat xidmətinin rəhbəri axtarışa verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədən qaçdığı deyilən Nağızadənin şəkli də RPİ-nin qarşısına vurulan \”Axtarışda olanlar\”ın arasındadır.

Qeyd edək ki, Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

O, təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.

Xatırladaq ki, sabiq sözçü Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərova 150 min dollar \”atmaq\”da ittiham olunur. ( qafqazinfo.az )

TQDK-nın sabiq mətbuat xidmətinin rəhbəri axtarışa verilib

İnterpress.az