Eldəniz Quliyev REAL funksionerlərinə savaş açdı, cavab gecikmədi…backend

Eldəniz Quliyev REAL funksionerlərinə savaş açdı, cavab gecikmədi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Şura ilə REAL Hərəkatı arasında ciddi gərginlik yaranıb. Buna səbəb Milli Şura funksioneri, Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyevin öz facebook hesabından REAL funksionerlərini aşağılayan status yazmasıdır.

İki qurum arasında narazılığı yaranmasına səbəb olan statusunda E.Quliyev bunları yazıb: “İlqar Məmmədov azad edilməsə, REAL-ın əksər funksionerləri oriental rəqs ustasına çevriləcəklər”.

Milli Şura ilə REAL arasında münasibətlərin normal olduğu bir məqamda kinodramaturqun bu tərzdə status yazması müəmmalara yol açıb. Statusun altındakı rəylərdə REAL ünvanına bir sıra ittihamlar səsləndirilib.

Eldəniz Quliyev REAL funksionerlərinə savaş açdı, cavab gecikmədi...

REAL-ın icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında məsələnin qurumda müzakirə edildiyini bildirdi: “Onlar sadəcə öz səviyyələrini göstərirlər. Biz tərəfdən məsələnin heç bir pərdəarxası məqamı yoxdur. Sizdən xahişimiz budur ki, onlardan bununla bağlı bir cavab alardınız, görək onları narahat edən nədir. Onlar hücuma keçiblərsə, səbəbini də açıqlasınlar, biz də bilək, ictimaiyyət də”.

Eldəniz Quliyev REAL funksionerlərinə savaş açdı, cavab gecikmədi...

İnterpress.az