21 yaşlı oğlan intihar etdibackend

21 yaşlı oğlan intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi, ev 7-a ünvanında baş verib. Həmin ünvanda yaşayan, 1996-cı il təvəllüdlü Babayev Baba Fərhad oğlu yaşadığı evdə qollarını ülgüclə doğrayıb. Nəticədə B. Babayev hadisə yerində ölüb.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

İnterpress.az