Qətlə yetirilən 7 yaşlı uşağın yaşadığı kənd ayağa qalxdı: “Edam olunsun”backend

Qətlə yetirilən 7 yaşlı uşağın yaşadığı kənd ayağa qalxdı: “Edam olunsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında Sabirabad rayonun Ulacalı kənd sakinləri 7 yaşlı uşağın atası tərəfindən xüsusi amansızlıqla qətlə yetirməsini ilə bağlı hadisəyə münasibət bildirərkən deyiblər.

Onlar baş verən hadisədən sonra Ulacalı kəndinin şok içərisində olduğunu qeyd ediblər: “Dəşhətdir. Ata öz övladına necə qıyar? Kənd dünəndən bir-birinə dəyib. Bütün kəndin ağsaqqal və ağbirçəkləri yığışıb bu məsələni müzakirə edir. Sonda kənd əhalisinin sözü bir oldu- cinayətkara ən ağı cəza verilsin. Xahiş eləyirlər ki, onu xalq məhkəməsinə versinlər. Qoy bu qudurmuş ictimaiyyət qarşısında hesabat versin. Bütün dünya Azərbaycan milləti ilə fəxr edir. Ölkəmizdə bu qədər əmin-əmanlıq, sabitlik, çörəyin bol olduğu bir halda bu uşağını çəkiclə öldürüb. Hansı gününə qudurub bu? Adam özündən böyük, güclü adama əl qaldırar. Yoxsa körpə uşaq? Onun həsrətini çəkənlər var.”

Kənd sakinləri uşağını amansızcasına qətlə yetirən atanın edamını tələb edir: “Hökümdə göstərilsin ki, belə adamlar Azərbaycanda edam olunmalıdır. Ömürlük həbslə iş bitməz, bu onun üçün yüngül cəzadır. Elə etmək lazımdır ki, bu bütün atalara nümünə olsun.”

Sabirabadda dəhşətli qətl törədilib. Rayonun Ulacalı kəndin sakini, 1987-ci il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu baş nahiyəsindən çəkiclə vuraraq qətlə yetirib.

İnterpress.az