İslam Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan ödəməyəcəkbackend

İslam Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan ödəməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Modern.az xəbər verir ki, AZAL Bakı 2017 Oyunlarının növbəti tərəfdaşı olub. MDB məkanında aparıcı hava şirkətlərtindən olan Azərbaycan Hava Holları QSC (AZAL), 19 Ölkədə 40 istiqamət üzrə uçuşlar təşkil edir.

Böyük Britaniyanın aviaşirkətlər üzrə xidmət səviyyəsini qiymətləndirən \”Skytrax\”konsaltinq şirkəti AZAL-ı \”4 Ulduz\” reytinqinə layiq görülüb.

Tədbirdə çıxış edən IV İslam Həmrəyliyi Oyunlarının əməliyyatlar üzrə baş direktoru Mayk Loynd mötəbər tədbirlərdə aviaşirkətlərin əsas tərəfdaşlardan biri olduğunu qeyd edib.

\”Çox böyük nüfuza və güvənə malik olan Azərbaycan Hava Yollarının Bakı 2017 İslam Həmrəylik Oyunlarının rəsmi tərəfdaşı olması bizim üçün çox önəmlidir. Əminəm ki, oyunların təbliğatı işində AZAL çox böyük rol oynayacaq\”.

O qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan tərəfi ödəməyəcək.

Daha sonra AZAL-ın vitse-prezidenti Eldar Hacıyev çıxış edib:
“Bakıda keçirilən İslam Həmrəylik oyunları ölkəmiz üçün təkcə idman yarışı deyil, eyni zamanda mühüm tarixi tədbirdir. Biz bu tədbirin təşkilatçılarını dəstəkləməkdən qürur duyuruq. Əminəm ki, ölkəmiz digər idman oyunları kimi IV İslam həmrəylik oyunlarını da yüksək səviyyədə keçirəcək.

İnterpress.az