Yevlaxda silahlı insident – Ölən varbackend

Yevlaxda silahlı insident – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, martın 29-da Yevlax rayonunun Hacıselli kəndində rayon sakini Azaq Musayev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Tağı Qurbanovu qətlə yetirib.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə A. Musayev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan \”İJ\” markalı tüfəng götürülüb.

İnterpress.az