Xızıda yük maşını ilə minik avtomobili toqquşub, ölən və xəsarət alanlar varbackend

Xızıda yük maşını ilə minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 29-da saat 17.00 radələrində Xızı rayonunun Yaşma kəndində Türkiyə vətəndaşı Uyğun Ahmed Kadırın idarə etdiyi MAN və Şabran şəhər sakini Tərlan Dadaşovun idarə etdiyi VAZ-21063 markalı avtomobillər toqquşub.

Nəticədə T. Dadaşov hadisə yerində ölüb, iki sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az