“Xalq Milli Şura deyilən anlayışı çoxdan yaddan çıxarıb”backend

“Xalq Milli Şura deyilən anlayışı çoxdan yaddan çıxarıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Milli Şura aprelin 9-da mitinq keçirməklə bağlı qərar qəbul edib. Maraqlıdır, Milli Şuranın sözügedən mitinqində kütləviliyi təmin etmək mümkün olacaqmı?
İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə Milli Şuranın geniş xalq kütlələrinin dəstəyindən məhrum olduğuna diqqət çəkdi:
“Açığı, xalq Milli Şura deyilən bir anlayışı çoxdan yaddan çıxarıb. Bu qurum bir müddət bundan öncə, prezident seçkiləri ərəfəsində yaradılmışdı. Onlar seçkilərdə məğlubiyyətə uğradılar. Sonradan isə öz aralarında parçalanma getdi. Artıq iki ildir ki, onların heç bir yerdə adları çəkilmir. Indi birdən-birə ortaya çıxıb mitinq keçirmək istəməkləri təəccüb doğurur. Bunu nə məqsədlə edirlər, hansı tapşırığı alıblar? Olan-qalan qüvvələrini də itirəndən sonra özlərini cəmiyyətə hansı statusla təqdim etmək niyyətindədirlər?
Azərbaycan demokratik bir dövlətdir və vətəndaşların kütləvi aksiya keçirmək hüququ var. Bu baxımdan Milli Şuraya daxil olan təşkilatlar BŞİH-nin icazəsini alandan sonra aksiya keçirə biləcəklər. Amma onların sosial baza yığmaları inandırıcı görünmür. Mövcud olmayan bir strukturun birdən-birə böyük bir aksiya keçirəcəyi inandırcı deyil.
Azərbaycanın 10 milyon vətəndaşı var. Onlar bu mitinqə nə qədər adam cəlb edəcəklər? 100, 1000, ya 10 min? 100 minin içindən 10 min nəfər belə yığsalar, bu, böyük bir rəqəmdirmi? Ola bilsin ki, onlar aksiya keçirməklə xaricdən gələn hər hansı bir siyasi tapşırığı yerinə yetirirlər. Çünki bu, daha çox sifariş yerinə yetirməyə bənzəyir. Onların hansı səviyyədə mintinq keçirdikləri ilə bağlı isə bu mitinqdən sonra fikir bildirmək mümkün olacaq”.

İnterpress.az