21 yaşlı ruhi xəstə qız özünü asdıbackend

21 yaşlı ruhi xəstə qız özünü asdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə martın 29-da rayonun Quzanlı qəsəbəsində baş verib. Əslən rayonun işğal altındakı Şurabad kəndindən olan və hazırda Quzanlı qəsəbəsində yaşayan, 1996-cı il təvəllüdlü Abbasova Cəmilə Nəcəf qızı özünü yaşadığı evdə iplə özünü asaraq intihar edib. Yaxınları onun meyitini asılmış vəziyyətdə tapıblar.

Məlumata görə, C.Abbasova 2012-ci ildən Ağdam Rayonlararası Ruhi Əsəb Dispanserində \”reaktiv paranol psixoz\” diaqnozu üzrə dəfələrlə müalicə alıb və həmin vaxtdan ruhi əsəb xəstəsi kimi qeydiyyatda olub.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb. ( trend.az )

İnterpress.az