Sərnişin dolu avtobus mağazaya çırpıldıbackend

Sərnişin dolu avtobus mağazaya çırpıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstiPress-in Şimal bürosunun məlumatına görə, Qusar şəhər sakini, 51 yaşlı Qalib Məhsimovun idarə etdiyi Paz markalı sərnişin avtobusu qəfildən yoldan çıxaraq yolun sağındakı mağazaya çırpılıb.

Qəza nəticəsində 15 nəfər sərnişin tutumu olan avtobusda sərnişinlərin sayı açıqlanmasa da, burada xeyli sərnişinin olduğu deyilir. Hələlik Qusar rayon mərkəzi xəstəxanasına bir nəfərin müxtəlif sınıqlarla daxil olduğu deyilir. Qəza zamanı avtobusun qarşısına digər avtomobil çıxdığından sürücü mağaza tərəfə hərəkət etməyə məcbur olub.

Qəzanın başvermə səbəbi araşdırılır.

Sərnişin dolu avtobus mağazaya çırpıldı

Sərnişin dolu avtobus mağazaya çırpıldı

İnterpress.az