“Bankları bağlamaq çıxış yolu deyil”backend

“Bankları bağlamaq çıxış yolu deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İqtisadçı ekspert Pərviz Heydərov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda bağlanmaq ərəfəsində olan banklar çoxdur. Onların sağlamlaşdırılması üçün “körpü banklar”ın yaradılması önəmli addımdır: “Məlumdur ki, hazırda iqtisadiyyatımızın ən yaralı yeri bank sektorudur. Düzdür, keçən il bank sektorunu sağlamlaşdırılmaq istiqamətində bir sıra önəmli addımlar atıldı, nəzarət gücləndirildi, şəffaflıqla bağlı tədbirlər görüldü, cəza və inzibati xarakterli addımlar atıldı. Sayca 11 bağlandı. Xatırladım ki, Prezident İlham Əliyev də 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin bu ilin yanvarın 10-da keçirilən iclasında qeyd etdi ki, iqtisadiyyatımıza ən böyük zərbə vuran məhz bank sektoru oldu. Ancaq vəziyyət yaxşılaşıbmı?! Təəssüf ki, yox”.

Pərviz Heydərov onu da vurğuladı ki, bankların bağlanması çıxış yolu deyil: “Hazırda ölkədə 32 bank fəaliyyət göstərir ki, bunlardan 2-si dövlətindir. 15-i isə xarici kapitallı banklardır. Məsələ bundadır ki, bankları bağlamaq da çıxış yolu deyil. Bəziləri qeyd edirlər ki, sistem əhəmiyyəti olmayan bankları \”silmək\” lazımdır. Bu, düzgün yanaşma deyil. Sistem özü xəstə vəziyyətdədirsə, 5-10 bankı bağlamaqla sağlamlaqlıq əldə etmək mümkün deyil. Şərhlərimdə və açıqlamalarımda dəfələrlə qeyd etmişəm ki, bankların sayını bazar özü müəyyən etməlidir, hansısa \”dirijor çubuğu\” deyil. Bu mənada qeyri-sağlam bankları dərhal bağlamaq çıxış yolu deyil. O cümlədən, məsələn, Beynəlxalq Banka olduğu kimi dövlət hesabına müvafiq bərpa və dəstək siyasəti yürütmək də düzgün deyildir. İndi Beynəlxalq Bank ilə əlaqədar bunu \”bağışlamaq\” olar. Amma əyani göründü ki, Bank Standart ilə bağlı buna nail olmaq mümkün olmadı. Halbuki, əhalinin yerləşdirdiyi əmanətlərinin həcminə görə, “Bank Standart” sistemdə 2-ci ən böyük bank idi”.

Bəs nə etməli?

İqtisadçı qeyd etdi ki, \”körpü bank\” yaradılması ideyası olduqca əhəmiyyətlidir: “Sıfır vəziyyətdən bir bank yaratmaq üçün azı 1 ilə yaxın vaxt tələb olunur. Üstəlik, əgər, bu və ya digər bank və yaxud banklar real olaraq iflas həddində və \”xəstə\” vəziyyətdədirsə, bu o demək deyil axı, həmin banka və yaxud banklara iqtisadiyyatda heç vaxt ehtiyac olmayıb və elə indi də yoxdur. Bankı sağlam vəziyyətə gətirmək üçün onu müvafiq investora satmaq olar və bu, lazımdır. \”Körpü bank\” yaradılması məhz, bu baxımdan əhəmiyyətlidir. Bu, yeni bank yaradılması demək deyil. Qeyri-sağlam bankın sağlam banka çevrilməsi üçün bir yoldur – aralıq mərhələsidir… Belə ki, bütövlükdə bankın özü bağlanmır – onun \”xəstə hissəsi kəsilib atılır\”, sağlam aktiv və öhdəlikləri yeni quruma transformasiya edilir və bunun bazasında konkret investor, yəni ki, bank satın almaq istəyən və yaxud yeni bank yaratmaq istəyən konkret investor və yaxud investorlar axtarılır. Hesab edirəm ki, bank sistemində canlanma yaratmaq üçün bu özü günümüzdə ən çox tələb olunan mexanizm və çıxış yollarından biridir”.

İnterpress.az