“Partiyaların kütləvi aksiya keçirmək hüququna hörmətlə yanaşırıq”backend

“Partiyaların kütləvi aksiya keçirmək hüququna hörmətlə yanaşırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görəsən, Ümid Partiyası Milli Şuranın aksiyasına qatılacaqmı?

İnterpress.az xəbər verir ki,Ümid Partiyasının sədri İqbal Ağazadə məsələ ilə bağlı Moderator.az -a açıqlama verib:

“Biz Milli Şuranın belə bir müraciətinə rast gəlməmişik. Partiya olaraq da bu məsələni müzakirə etməmişik. Biz bütün partiyaların kütləvi aksiya keçirmək hüququna hörmətlə yanaşırıq. Bu onların konstitusion hüququdur. Mitinq təşkilatçıları bizi mitinqə dəvət edərlərsə bu barədə partiyamızda müzakirə olacaq. Etməsələr partiyamızın nizamnaməsinə uyğun addım atılacaq. Biz mitinqin şüarlarından tutmuş təşkilatlanma işlərinə qədər iştirak edəcəyimiz bir aksiyada iştirak edə bilərik. Əks halda partiya olaraq heç bir mitinqə qatılmırıq.”

İnterpress.az