İsrail son 20 ildə ilk dəfə Qərb sahilində məskən salacaqbackend

İsrail son 20 ildə ilk dəfə Qərb sahilində məskən salacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail son 20 il ərzində ilk dəfə olaraq İordan çayının qərb sahilindəki işğal olunmuş ərazilərdə yeni məskən salacağını bəyan edib. Məskən Fələstinin Nablus şəhərinin yaxınlığında tikiləcək.

Qəsəbənin salınması barədə qərar İsrailin Təhlükəsizlik Kabinetinin iclasında qəbul olunub.
Qəsəbəyə Samariyadakı kiçik Amon yaşayış məntəqəsinin sakinlərinin köçürülməsi planlaşdırılır.
Amon sakinləri İsrail məhkəməsinin qərarıyla qəsəbədən məcburi köçürülmüşdü.

Məhkəmənin qərarına əsasən bu kiçik qəsəbə Fələstin ərazisində qeyri-qanuni yerləşir. Əhali köçürülən zaman polislə sakinlər arasında qarşıdurma baş vermişdi.

Fələstinlilər yeni məntəqələrin tikilməsi planını tənqid edərək beynəlxalq ictimaiyyəti buna müdaxilə etməyə çağırıb.
1967-ci ildə 6 gün davam edən müharibə zamanı İsrail tərəfindən işğal edilən İordan çayının Qərb Sahilində və Şərqi Yerusəlimdə tikilən 140 qəsəbədə və 500 min yəhudi məskunlaşıb.

Əhalinin burda məskunlaşması beynəlxalq hüquq normalarına uyğun hesab olunmasa da, İsrail bunu qəbul etmir.
İsrail artıq neçənci dəfədir ki, məskunlaşma planlarının genişləndirilməsini bəyan edir və bu da fələstinlilərdə mənfi cavab reaksiyası yaradır.

İsrailin müdafiə naziri Qərb sahilindəki yəhudi qəsəbələrində daha 2,5 min evin tikiləcəyini bəyan etmişdi.
BMT-nin baş katibinin nümayəndəsi isə bu cür tikintilərin qeyri-qanuni olduğunu və sülhün əldə olunmasına mane olduğunu bildirmişdi.

İnterpress.az