Kamran Ağayevin yeni klubu məlum oldubackend

Kamran Ağayevin yeni klubu məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Sport7.az-a istinadən xəbər verir ki, hazırda Portuqaliyada olan qolkiper yaxın günlərdə Bakıya qayıdacaq və bundan sonra legioner həyatı yaşamaq üçün ölkə hüdudlarını tərk etməyəcək. Yayda ailə həyatı qurmağı planlaşdıran qolkiperin bu arzusu da İslam Oyunlarından sonra reallaşacaq. Məhz həmin tarixdə Kamranın toy məclisinin keçirilməsi gözlənilir.

Portuqaliya klubunun rəhbərliyi də xarakterində proqblem olan qapıçının saxlanılmasında maraqlı deyillər. Bu qərarın verilməsində həm də Ağayevin formadan düşməsi və qeyri-sabit çıxış etməsi də rol oynayıb. Kamranın legioner həyatı yaşamasından müəyyən müddət reklam məqsədi ilə istifadə edən AFFA-nın menecerləri də bundan sonra ona xaricidə klub axtarmaq həvəsində deyillər. Onlar da başa düşürlər ki, hazırkı şəraitdə Avropa çempionatlarının hətta aşağı divizion klubları belə Kamranı heyətində görmək istəməz.

Millimizin baş məşqçisi Robert Prosineçki isə israrla Kamrana klub tapılmasını, onun Şimali İrlandiya ilə oyuna qədər problemlərini həll edib, formasını bərpa etməsini istəyir.

Mövsümün sonuna qədər \”Boavişta\”nın ona ödəməli olduğu maaşdan imtina edən Kamran bu günlərdə transfer vərəqəsini alıb, \”Neftçi\”nin bazasına gələcək. Orda qolkiperlə gələn mövsümü əhatə edən müqavilə bağlanacaq. İslam Oyunlarına qədər U-23 millisində məşq edəcək Kamran yeni mövsümün hazırlıqları başlayan kimi \”Neftçi\”nin məşqlərinə qoşulacaq.

\”Qarabağ\”la oyunda Boban Baykoviçə şans verən Elxan Abdullayev və \”Neftçi\” rəhbərliyi də legioner qapıçısının göndərilməsini qətiləşdiriblər. Onun yüksək səviyyəli qapıçı olmaması, çətin məqamlarda xilaskara çevrilə bilməməsi klubun qərarına təsir edib. Beləliklə, gələn mövsüm Kamran \”Neftçi\”nin \”1 nömrəsi\”, Maksim Vaylo isə onun əvəzedicisi olacaq.

İnterpress.az