ANS “2016-cı ilin adamı” adını “APREL ŞƏHİDİ”nə verdibackend

ANS “2016-cı ilin adamı” adını “APREL ŞƏHİDİ”nə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev “2016-cı ilin adamı”nın “Aprel şəhidi” olduğunu bəyan edib. O, bununla bağlı bildirib:

“Yadımdadır, keçən il bu günlər Mir Şahin, Azər Qarayev, Ramil İbrahimov, Zaur Naibov, ANS-in çəkiliş qrupunun digər üzvləri və Milli Qəhrəman Çingiz Mustafayevin oğlu Fuadla birgə cəbhədən Azərbaycan Ordusunun zəfərləri haqda ANS və xarici TV-yə gündə 10-a yaxın reportaj hazırlayırdıq. Ağır günlər idi… Əsgərlərimiz Vətən uğrunda canlarından keçirdi! Şəhidlik zirvəsinə ucalırdılar…
Allah Rəhmət eləsin – 2016-cı ilin Adamı – “Aprel Şəhidi!”.

ANS şirkətlər qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fond “Azərbaycanda ilin adamı mükafatı”nı 2001-ci ildə təsis edib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə samballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.

İnterpress.az