Qazanan kişiyə minnətdarlıq vacibdirbackend

Qazanan kişiyə minnətdarlıq vacibdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ailə münasibətləri eksperti İndia King bildirir ki, ailə xəyanəti üçün ər və ya arvadın kifayət qədər resursları, daha doğrusu yaxşı gəlirləri olmalıdır.

King \”Femail\” məcmuəsinə verdiyi müsahibədə deyib ki, ailə sədaqətsizliyi adətən maaşı daha çox olan partnyordan başlanır.
Ekspertin fikrincə, belə sədaqətsizliyin qarşısı alına bilər, lakin bu halda evə daha az maaş gətirən tərəf çox qazanana minnətdar olduğunu ifadə etməlidir.

İndia King-in sözlərinə görə \”ailə qarşısında xidmətləri\” kifayət qədər qiymətləndirilməyən kişilər xəyanətə daha meylli olurlar.

Ekspertin fikrincə, qadınlar işdə və karyerada uğurlu olan ərlərini tərfləməyə adət etməlidirlər. Hərçənd ekspert bunu da əlavə edir ki, belə yanaşma geridəqalmışlıq və ya seksizm əlaməti kimi də qiymətləndirilə bilər, lakin bir həqiqətdir.

\”Kişi üçün hörmət oksigen kimi lazımlıdır, kişilər bunun təşnəsidirlər. Əgər siz ona ehtiram göstərsəniz, o sizi əlində bəsləyəcək\” – deyir ekspert qadınlara müraciətlə.

\”Kişilər bilirlər ki, onların rolu qorumaq, təmin etmək və güzəran yaratmaqdır. Qadının rolu isə bunu minnətdarlıqla qəbul etmək və kişinin əməyini qiymətləndirməkdir\” – deyir King.

Ekspert düşünür ki, fədakarlığı və əməyi evində qiymətləndirilməyən kişi bu dəyəri başqa yerdə, ona daha böyük qiymət verən bir başqasında axtaracaq.

King hesab edir ki, kişinin davamlı olaraq danlanması və daimi deyinmələr də eyni nəticələrə səbəb ola bilər. (bbc)

İnterpress.az