“Terror aktlarına dair materiallar açılmadıqca…”backend

“Terror aktlarına dair materiallar açılmadıqca…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Terror nəticəsində 14 nəfər həlak olub, 51 nəfər isə yaralanıb. Dünya ictimaiyyəti və mətbuatı iki gündür ki, nəzərlərini Rusiyanın Peterburq şəhərinə çevirib. Terrorla bağlı müxtəlif versiyalar səsləndirildi. Əvvəlcə müxtəlif KİV terroru saqqallı müsəlmanın törətdiyi barədə xəbərlər tirajladı. Sonradan isə əslən qırğız olan Rusiya vətəndaşı versiyası və fotoları yayımlandı.

\”İstənilən terror aktı qorxutmaq məqsədi daşıyır. Adətən, hansısa terror təşkilatı teraktı öz öhdəliyinə götürür və motivini elan edir. Amma hələlik heç bir terror təşkilatı Sankt-Peterburq metrosundakı partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib\”

İnterpress.az-ın məlumatına görə, bu sözləri Özbəkistan tarixçisi və publisisti, politoloq Şuhrat Barlas dünən Peterburq metrostansiyasında baş verən terakt haqda \”Ölkə.Az\”-a şərh edərkən deyib.
O, qeyd edib ki, teraktın müəmmasına baxmayaraq bizim əlimizdə hazırda yalnız Rusiya Federasiyası Prezidenti Vladimir Putinin bəyanatı var:

\”Təbii ki, biz bütün variantları – məişət və kriminal variantları, ən birinci isə terror xarakterli hücum ehtimalını nəzərdən keçiririk. Hazırda Rusiya KİV-i kütlənin manipulyasiyasına başlayıb.

Məsələn, xəbər portalları artıq öz versiyalarını səsləndirirlər və işarə edirlər ki, terrorçu Orta Asiyalıdır. Bəzi xəbər saytları isə terrorçunun saqqallı müsəlman olduğu versiyasını yayımlayırlar.

Qeyd etmək istəyirəm ki, 2017-ci ilin yanvar ayında Moskva metrosunda baş verən faciənin 40 ili tamam oldu. 1977-ci ilin 8 yanvar tarixində Ermənistan milli birlik partiyasının döyüşçüləri Moskva metrosunda terror aktı törətdilər. Bundan başqa Moskvanın mərkəzində, ərzaq dükanlarının qarşısında da terror aktına imza atdılar\”.

Politoloq terror aktlarının motivlərini və aktların ideya cəhətini tədqiq edən mütəxəssislərin növbəti terror aktlarının törədilməsinin qarşısını ala biləcəyini də qeyd edib:

\”Məşhur rus tarixçisi Oleq Kusnetsov bir neçə aydır ki, 1977-ci ilin 8 yanvar tarixində Moskva metrosunda baş verən partlayış işi ilə bağlı cinayət işinin açılmasını tələb edir. Amma onun bütün tələbləri və petisiyaları nəticəsiz qalır.

Terror aktlarının motivlərini və aktların ideya cəhətini tədqiq edən mütəxəssislər növbəti terror aktlarının törədilməsinin qarşısını ala bilərlər və dinc sakinlərə qarşı yönəlmiş istənilən aqressiyaya qarşı fəaliyyət göstərə bilərlər. Terror aktlarına dair materiallar açılmadıqca, mütəxəssislər cinayət barədə bütün həqiqəti, ilk növbədə terrorçuların məqsədi və onların himayədarları barədə həqiqlətləri bilməyəcəklər\”.

İnterpress.az