Bakı metrosunda qatarın vurduğu qadının səhhəti ilə bağlı açıqlamabackend

Bakı metrosunda qatarın vurduğu qadının səhhəti ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, xəstəxananın baş həkimi Ədalət Dadaşov AzNews.az-a açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan Rəfiqə Adıgözəlova qapalı kəllə-beyin travması, hər iki tərəfdən topuğun sınığı, almacıq sümüyünün sınığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Baş həkim xəstənin həyatı təhlükəsi olmadığını vurğulayıb.

Bu gün Bakı Metrosunun “20 Yanvar” stansiyasında platformaya daxil olan qatar 55 yaşlı bir sərnişini vurub.

İnterpress.az