Azərbaycanın 9 idmançısı dopinqdə tutulubbackend

Azərbaycanın 9 idmançısı dopinqdə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”a istinadən bildirir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin ( WADA) açıqladığı illik hesabatda bildirilir.

Belə idmançılardan 6-sı ağırlıqqaldıran, 2-si atlet, 1-i isə güləşçidir. Bundan başqa onların 7-si (5 ağırlıqqaldıran, 1 atlet, 1 güləşçi) kişi, 2-si (1 ağırlıqqaldıran, 1 atlet) isə qadındır. Hesabatda anti-dopinq qaydalarındakı pozuntu hallarından 8-nin (6 ağırlıqqaldıran və 2 atlet) götürülmüş dopinq-test nəticəsində üzə çıxdığı, 1-nin (güləş) dopinq-test verməkdən imtina ilə əlaqədar olduğu bildirilir. Nəticəsi müsbət olan dopinq-testlərin hamısı sidik analizlərindən ibarət olub. Kişi atletdən yarışdan kənarda, qadın atlet və ağırlıqqaldıranlardan isə yarış zamanı dopinq-test götürülüb.

Qeyd edək ki, WADA ümumilikdə 122 ölkədən 85 növ üzrə 1929 qayda pozuntusu aşkarlayıb. Azərbaycan bu göstəricidə 46-cı yeri tutub.

İnterpress.az