Kefir – uzunömürlülərin içkisibackend

Kefir – uzunömürlülərin içkisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kefirin vətəni Şimali Qafqazdır. Bu süd məhsulu ilk dəfə orada \”icad etdilər\”. Maraqlıdır ki, uzun illər ərzində kefirin resepti gizli saxlanılırdı.
Kefir təbii süddən hazırlanır. Südə turşulu bakterilər əlavə olunur ki, nəticədə bu dadlı və faydalı məhsul alınır.
Tanınmış rus fizioloqu Meçnikov kefiri çox yüksək giymətləndirirdi və müalicəvi içki hesab edirdi. Meçnikov insanların qocalmasının səbəbini bağırsaqlarda gedən çürümə proseslərində görürüdü. Çürümə nəticəsində müxtəlif ziyanlı maddələr, zəhərlər əmələ gəlir ki, bu maddələr orqanizmi daim intoksikasiya edir (zəhərləyir). Nəticədə isə insan qocalır və onda müxtəlif xəstəliklər inkişaf edir. Kefir bağırsaqlarda gedən çürümə proseslərlə çox effektli mübarizə aparır, bağırsaqların mikroflorasını yaxşılaşdırır, orqanizmi cavanlaşdırır. Məhz bu səbəbdən daim süd məhsulları qəbul edən insan daha sağlam olur və daha gec qocalır.

Kefir orqanizmi təmizləyir, toksinləri, şlakları və digər ziyanlı maddələri xaric edir.
Mikrobəleyhinə təsirə malikdir. Mədə-bağırsaq sistemi infeksiyaları zamanı müalicəvi vasitə kimi istifadə olunur. Qida zəhərləmələrdən sonra həkimlər xəstələrə kefir qəbul etmək tövsiyə edirlər.
Qəbizlik zamanı çox yaxşı kömək edir. Qəbizlikdən əziyyət çəkirsiznizsə, mütləq kefir qəbul edin.
İmmun sisteminə də müsbət təsir edir. Məsələ burasındadır ki, bağırsaqların mikroflorası immunitetlə sıx bağlıdır. Bağırsaqların xeyirli mikroflorası immun sisteminin hüceyrələrinin sintezində iştirak edir.
Ödemləri azaldır, ürək əzələsinə müsbət təsir edir.
Arıqlamağa çox yaxşı kömək edir. Bu səbəbdən bu məhsul bir çox pəhrizlərə daxil edilir. 1/2 çay qaşığı darçın əlavə olunmuş 1 stəkan kefir piylərin parçalanmasını sürətləndirir.
Bağırsaqlarınızı təmizləmək istəyirsinizsə, həftədə 1 dəfə 1 gün ərzində yalnız kefir qəbul edin. Gün ərzində 1 l kefir içmək olar. Bu sadə vasitə həm bağırsaqları təmizləyəcək, həm də bədən çəkisinin azalmasına kömək edəcək. Bunu hər həftə etmək lazımdır.
Kefir sinir sisteminə sakitləşdirici təsir edir. Yuxusuzluqdan əziyyət çəkirsinizsə, axşam yatmazdan əvvəl 1 stəkan kefir için. Bu daha tez yuxuya getməyə kömək edəcək.
Hamiləlik zamanı kefir ürəkbulanmasının qarşısını alır.
Kalsiumla zəngin olan kefir sümüklərin sağlamlığını qoruyur. Yaşlı insanlar mütləq kefir içməlidir. Kefir həm yaşlı insanlarda tez-tez əmələ gələn qəbizliklə mübarizə aparır, həm də osteoporozun (yaşlı insanlarda sümük toxumasının azalması) inkişafını ləngidir.
Kefir mədə şirəsinin turşuluğunun artması, pankreatit və xora xəstəliyi zamanı əks-göstərişdir.

Kefir - uzunömürlülərin içkisi

İnterpress.az