Rusiyada 83 yaşlı qadını öldürən azərbaycanlıya hökm oxunubbackend

Rusiyada 83 yaşlı qadını öldürən azərbaycanlıya hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, APA-nın “Komsomolskaya Pravda”ya istinadən verdiyi məlumata görə, Lipetsk vilayətində 28 yaşlı azərbaycanlıya hökm oxunub. O, başqasının evinə qanunsuz daxil olma və qətldə ittiham olunub. Azərbaycanlı cəzasını sərt rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hadisə 2016-cı il oktyabrın 29-da baş verib. Qonşu qəsəbədə yaşayan azərbaycanlı velosipedlə Stanovlyansk rayonunun Aleksandrovka kəndinə gedib. O, kənddə 83 yaşlı qadının evinə daxil olub. Baş verən mübahisə zamanı o, qadını bıçaqla qətlə yetirib. Qadının meyiti səhəri gün qonşular tərəfindən aşkar edilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb, lakin tez bir zamanda saxlanılıb. İstintaq zamanı o, cinayətini etiraf edib.

İnterpress.az