2 uşaq atası özünü asdıbackend

2 uşaq atası özünü asdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstiPress-in Şəki bürosunun məlumatına görə, hadisə rayonun Qaysa kəndində baş verib.

Kənd sakini, 50 yaşlı iki uşaq atası olan Rəfael Nuriyevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin pilləkən qəfəsinin tavanından asılı vəziyyətdə aşkar edilib.

R.Nuriyevin son illər əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirir.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

İnterpress.az