Xristian qəbiristanlığından oğurluq edən şəxs tutuldubackend

Xristian qəbiristanlığından oğurluq edən şəxs tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az DİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ və 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini əvvəllər məhkum olunmuş Hümbət Kərimov saxlanılıb.

Saxlanılan şəxsin Balaxanı qəsəbəsindəki fərdi yaşayış evinə baxış zamanı oradan məzarların dəmir barmaqlıqları və metal lövhələri aşkar olunaraq götürülüb. H.Kərimov ilkin izahatı zamanı dəmir parçalarını satmaq niyyəti ilə oğurladığını bildirib.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, istər paytaxtda, istərsə də regionlarında müxtəlif dinlərə məxsus olan çoxsaylı abidələrdə, maddi-mədəniyyət nümunələrində, o cümlədədən qəbiristanlıqlarda dövlət hesabına yeri gəldikcə təmir-bərpa işləri aparılır. Həmin maddi-mənəvi abidələrin mühafizəsi isə daxili işlər orqanları tərəfindən etiibarlı şəkildə qorunur.

İnterpress.az