Corc Sorosun universitetinin bağlanmasının səbəbləribackend

Corc Sorosun universitetinin bağlanmasının səbəbləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar dünyanın bir çox ölkələrində bəzi təhsil ocaqları ətrafında qəribə gərginlik yaranıb. Türkiyədə bu cür gərginlik Fətullah Gülən təhsil ocaqları ətrafında yaşanıb vaxtilə. Macarıstanda isə…

Macarıstanda isə oxşar gərginlik “məxməri inqilabların” məxfi yuvası sayılan Mərkəzi Avropa Universiteti (CEU) ətrafında tuğyan edib, yavaş-yavaş öz pik nöqtəsinə yaxınlaşır. Qısası, Macarıstan baş naziri Viktor Orban liberal qlobalistlərinin bu kadrlar emalatxanasını kəfəkun etməyə hazırlaşır. Sözü burda verək dövrü mətbuata:

“Aprelin 4-də Macarıstanda qəbul olunmuş qanun maliyyəçi Corc Sorosun əsasını qoyduğu universiteti ölkədən çıxmağa məcbur edə bilər. Bu plan Budapeştin özündə də, xaricdə də narazılıq yaradıb.

Baş nazir Viktor Orban ötən həftə demişdi ki, Mərkəzi Avropa Universiteti (CEU) diplomların verilməsi zamanı qaydaları pozub. Universitet bu iddiaları təkzib edir.

Corc Sorosun universitetinin bağlanmasının səbəbləri

Hökumət deyir ki, qanunun məqsədi xarici universitetlərdəki inzibati çatışmazlıqları aradan qaldırmaqdır. “Reuters” xəbər agentliyi bunu müstəqil institutlara təzyiqlərin artması kimi dəyərləndirir. Baş nazir Viktor Orban bu təhsil ocağına liberal müxalifətin qalası kimi baxır\”.

KİÇİK HAŞİYƏ: CEU-nun məzunları sırasında azərbaycanlı ictimai-siyasi fəallar da var. Həbsdə olan REAL lideri İlqar Məmmədov, keçmiş siyasi məhbus Rəşadət Axundov həmin məzunlar sırasındadır (AzadlıqRadiosu).

Müasir dünya liberal qlobalizmi, öz ilk təkan, start zərbəsini hələ 19-cu əsrdə, marksizm, sosial-demokrat hərəkatından götürüb. Ancaq son 150 ildə müxtəlif qloballaşma modellərini yaşayan bir çox dünya ölkələri axır bu cür kosmopolit nəzəriyyələrdən uzaqlaşmaq istəyirlər. Bu prosesin ilk qurbanı bolşevizm, dünya kommunist hərəkatı oldu. Öz gözlərimizlə gördük ki, kommunizmi Azərbaycan və digər ölkələrdə sağ ifrat millətçilər bir-iki ilə necə məhv etdi. Kommunizmdən sonra növbə indi gəlib çatıb bu marksist hərəkatların sosial-demokrat, liberal qanadlarına. Yəni bu gün dünyada hər cür kosmopolitizm, qlobalizm, multikulturalizm sürətlə siyasi arenanı tərk edir. Yerini millətçilərə deyil, digər qüvvələrə verir. Məsələn, yerli idarəetmə mexanizmlərini hifz edib qorumaq istəyən dövlət xadimlərinə. Belələrindən biri, ən parlağı, tanış olun, müasir Macarıstan baş naziri Viktor Orbandır.

Bayaq yuxarıda bu siyasi fiquru Ərdoğanla təsadüfən müqayisə etmədik. Bəli, hər iki siyasi xadim bir-birilərinə çox oxşardırlar. Lakin…
Lakin bu hər iki siyasi fiqur özbaşına, təkbaşına deyildir. Bu hər iki siyasi liderin bir başqa daha mükəmməl, tunc heykəlli oxşarı da var – Rusiya prezidenti Vladimir Putin.

Corc Sorosun universitetinin bağlanmasının səbəbləri

Məsələ belədir.
Proletar beynəlmiləlçiliyindən, kommunistik qlobalizmindən 1991-ci ildə birtəhər yaxasını qurtarmış Rusiyanın sevinci çox sürmədi. Tezliklə o bu beynəlmiləlçiliyin bir başqa liberal qanadıyla toqquşub, özünü əvvəlcə bir an itirdi. Gördü transmilli şirkətlər tərəfindən körüklənən liberal qloballaşma modeli, Rusiya üçün kommunizmdən də çox təhlükəlidir. Məhz bu zaman Kremldə “yerli dövlət idarəetmə mexanizmlərinin” son müdafiəçiləri Putini siyasi arenaya çıxartdılar. Ona tapşırdılar ki, öz oxşarlarını, müttəfiqlərini digər Avropa ölkələrində axtarsın.

Putinin özünə Avropada tapdığı belə oxşarlarından biri Viktor Orban oldu, Asiyada isə Ərdoğan.
Ərdoğanın “Gülən şəbəkəsi” ilə mübarizəsi nədirsə, Orbanın da liberal müxalifətlə bölüşə bilmədiyi odur. Yəni müasir liberal qlobalizm, transmilli şirkətlər artıq dünyada öz layiqli rəqiblərini, düşmənlərini tapıblar. İndi bu qüvvələr Putin sayəsində birləşərək vahid yumruq şəklinə düşməyə hazırlaşırlar.

Burda sözü verək yenə dövrü mətbuata:

“Orbanın humanitar məsələlər üzrə naziri parlamentdə deyib ki, Sorosun dəstəklədiyi qurumlar hökumətə zərbə vurmaqdadır.

“Corc Sorosun Macarıstanda və bütün dünyada işlək qurumları, sadəcə, kəşfiyyata işləyən mülki şəxslərdir və hədəfləri fəaliyyətimizi əngəlləməkdir”, – nazir Zoltan Balog bunu xüsusi olaraq vurğulayıb.

Deməzdim Azərbaycan bu tarixi ideoloji prosesə indi hələ hazır deyil. Ölkəmizdə liberal qlobalizmə qarşı oxşar müqaviməti vaxtilə Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev özünün bir çox elmi-publisistik araşdırmalarında sərgiləyib. Yəni Macarıstanda, Türkiyədə, Rusiyada cərəyan edən “suveren demokratiya” prosesi bizdə hələ on il öncə proqnozlaşdırılaraq elmi araşdırmaların mövzusuna çevrilib. Dövlət idarəetmə qurumlarında, müxtəlif institutlarda diskussiyalara, mübahisələrə səbəb olub. Prezident İlham Əliyevin baş siyasi kursuna çevrilib hətta.
Yəni Macarıstanda, Türkiyədə baş verən cari siyasi proseslər oxşar dramatik şəkildə vaxtilə Azərbaycanda da yaşanıb.
İndi bu prosesin bütün ağrılarını, dramatik şahmat gedişlərini Macarıstan, Türkiyə və Rusiya siyasi həyatı yaşayır.
Biz bu sahədəki öz təcrübəmizi onlarla bölüşməyə tam hazırıq. (musavat)

İnterpress.az