“Bu görüşlər Bakıda keçiriləcək”backend

“Bu görüşlər Bakıda keçiriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu APA-ya Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında münasibətlər iki qardaş arasında necə ola bilərsə, o cürdür.

“İki ölkənin xarici işlər nazirləri arasında da münasibətlər yüksək səviyyədədir. Azərbaycana xidmət etməkdən hər zaman böyük məmnunluq duyuruq. Mütəmadi təmaslarımız, əlaqələrimiz var, görüşlər keçiririk. Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə- Azərbaycan-Türkmənistan üçtərəfli toplantılar keçiriləcək. Bakı bu görüşlərə ev sahibliyi edəcək”, – deyə nazir əlavə edib.

İnterpress.az