“Əsədin kimyəvi hücumu Qərbin fiaskosu sayıla bilər”backend

“Əsədin kimyəvi hücumu Qərbin fiaskosu sayıla bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada İdlib şəhərinə atılan kimyəvi bombalar Qərbin fərsiz siyasətinin nəticəsidir.

İnterpress.az xəbər verir ki, belə bir nəticəyə Almaniyanın “Die Welt” qəzetinin yazarı Rixard Herzinger gəlib.

“İndi ABŞ administrasiyası Əsəd rejiminin, yəni zülmün ilk mənbəyinin qanuniliyini tanımağa hazırlaşır. Müharibənin sərhədləri isə genişlənir və artıq İsraili təhdid etməyə başlayıb”, – məqalədə qeyd olunur.

“Keçən ilin dekabrında Hələb İŞİD-dən azad olunduqdan sonra Qərb ictimaiyyəti Suriyaya olan diqqətini azaltdı. Lakin aparılan sülh danışıqlarına rəğmən orada insan qırğını əvvəlki tempdə davam etməkdədir.

Bütün bu cinayətlərin arxasında Rusiya aviasiyasının yardımı ilə müxalif güclərin nəzarətində olan bölgələri qəddarcasına bombalayan Əsəd rejimi durur. Əsədin kimyəvi silahdan imtina etməmək haqqında yalançı vədləri Obama rejimini həmin silahların saxlandığı obyektlərə zərbə endirmək fikrindən vaz keçirmişdi”, – məqalədə yazılıb.

Hertsingerin fikrincə, kimyəvi qazdan istifadə olunması ilə gerçəkləşdirilən son zərbə Qərbin Suriyadakı bütün qabiliyyətsizliyini bütün çılpaqlığı ilə göstərdi.

“Cəmi bir neçə gün əvvəl dövlət katibi Reks Tillerson Bəşər Əsədin taleyinə Suriya xalqının özünü qərar verməsini söyləmişdi. Belə çıxır ki, Exxon Mobile-in keçmiş rəhbəri və Rusiya ilə sıx biznes əlaqələrinə malik bu adam ABŞ-ın bu vaxta qədər Suriya cəlladını istefaya məcbur etmək siyasətindən vaz keçir”, – müəllif yazıb.

“Tillerson Moskvanın Suriyadakı hərəkətlərinə haqq qazandırdığı formuldan istifadə edir. Deyəsən, Kremlin yeni Vaşinqton administrasiyasına qoyduğu sərmayə artıq öz dividentlərini gətirməyə başlayıb. ABŞ –ın bu cür mövqeyi, yəni Rusiyanın iradəsinə tabe olması Əsəd rejimini dəstəkləyən digər dövlətlə, İranla da müttəfiqliyi özü ilə bərabər gətirə bilər.

Bununla da ABŞ-ın İŞİD-lə mübarizə adı altında Moskva-Tehran-Dəməşq hərbi qardaşlığına haqq qazandırılmış olunur”, – məqalədə yazılıb.

Müəllif İŞİD-in əslində Əsədin əlinə oynadığını qeyd edərək, rejimin bunun sayəsində Suriyanın mötədil və demokratik müxalifətini amansızlıqla yox etdiyinə diqqət çəkib.

“Suriyanın ən böyük faciəsi islahatlara hazır orta sinfin yox edilməsindədir. Mötədil müxalifətdən qalanların hamısı radikal dinçilər tərəfindən uduldu. Belə bir zamanda Əsəd rejimini tanımaq, Suriyadakı bütün qırğınlara haqq qazandırmaqdan başqa birşey deyil. Belə olarsa ABŞ bölgədə qayda-qanun və mənəvi faktor yaradan dövlət statusunu itirə bilər”.
Hertsinger yazısında İsraili düşünür:

“İndi artıq İsrailin də savaşa daxil olması təhlükəsi yaranıb. İsrailin Moskvanın Hizbullahı ram edəcəyi, İranı isə qoşunlarını Suriyadan çıxaracağı barədə gözləntiləri qumdan düzələn qəsrlərə bənzəyir. Əgər İran Suriyada möhkəmlənsə və Qərb dünyasında nüfuzunu artırsa bu sünni ərəb dövlətləri ilə konfrontasiyaya gətirib çıxaracaq. İsrail belə olan halda Səudiyyə Ərəbistanı ilə eyni tərəfdə yer almalı olacaq.

Hertsinger Suriyada olub-bitənləri Qərb üçün əsl rüsvayçılıq sayır. Məqalə müəllifi Qərbin bundan sonra dünyanı humanitar standartlara əsaslanan beynəlxalq düzənin qarantı olmaqdan çıxdığını bildirir. (musavat.com)

İnterpress.az