İndoneziya futbol komandası İslam Oyunlarına buraxılmadıbackend

İndoneziya futbol komandası İslam Oyunlarına buraxılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, A.Rəhimov bunu İndoneziya tərəfinin vaxtında cavab verməməsi ilə əlaqələndirib: \”Hər şeydən əvvəl deməliyəm ki, \”Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında yarışmaq üçün İndoneziyanın komandalarını görməyə çox şadıq və onları Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirik. Məhz futbol yarışlarına gəldikdə isə, təəssüflə qeyd etməliyəm ki, biz futbol yarışında iştirak haqqında rəsmi bildirişi vaxtında ala bilmədik, o üzdən də onlar futbol üzrə yarışan millətlər siyahısına daxil edilməyib. Bundan sonra da daxil edilməsi gecdir, çünki bu gün artıq püşkatma keçiriləcək və biz cədvəli dəyişə bilmərik”.

Qeyd edək ki, İndoneziya Milli Olimpiya Komandası bu məsələ ilə bağlı məktubla Azərbaycana müraciət edib. (trend)

İnterpress.az