İngiltərədə boşanmış müsəlman qadınlar üçün “təkrar nikah” portallarıbackend

İngiltərədə boşanmış müsəlman qadınlar üçün “təkrar nikah” portalları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi ölkələrdə qadağan olunsa da, adətə görə müsəlmanlar arasında \”talaq\”olaraq tanınan və 3 dəfə \”boşayıram\” sözüylə ayrılan cütlüklərin təkrar evlənməsi üçün qadınların başqa bir kişiylə intim münasibətdə olması lazımdır.
Bunun üçün lazım olan təcrübə isə \”Halal nikah\” olaraq tanınır.
BBC-nin apardığı araşdırma isə talaqla ərlərindən boşandıqdan sonra təkrar əriylə evlənmək istəyən xanımların internet vasitəsiylə aldanıldığını ortaya çıxarıb.
Keçmiş əriylə təkrar evlənmək üçün başqa biriylə bərabər olmaq istəyən əksər müsəlman qadınlar internetdə aldadılaraq qurbana çevrilir.
Əsl adını açıqlamaq istəməyən Farah adlı qadın əriylə 20 yaşında olarkən taniş olduğunu və sonradan uşaqlarının olduğunu danışıb.
BBC-nin Victoria Derbyshire proqramına müsahibə verən Farah qısa bir müddət sonra ərinin ona təcavüz etməyə başladığını, ərinin onu saçından sürüyərək döydüyünü söyləyib.

Farah ərinin təcavüzlərə davam etdiyini, qısa mesajla ona \”boşayıram, boşayıram, boşayıram\” yazdığını deyib.
Gənc qadının atası bu mesajdan sonra qızının əriylə boşandığını və ona bir daha geri qayıda bilməyəcəyini söyləyib.
Farah bir qədər sonra əriylə peşman olduqlarını və yenidən evlənmək istədiklərini, amma bunun yalnız \”Halal nikah\” ilə mümkün ola biləcəyini öyrəniblər.

2500 funt sterlinqə nikah

Farahın danışdıqlarından sonra bu xidməti göstərən internet portallarının qadınlara maddi ziyan vurduqları, şantaj etdikləri və cinsi təcavüz etdikləri ortaya çıxıb.
BBC-nin müxbiri boşanmış bir müsəlman qadının sənədilə Facebookda 2500 sterlinqə belə bir xidmət göstərən biriylə görüşüb.
Həmin insan BBC müxbirinə \”təkarar evlənmək üçün onunla sevişmək lazım olduğunu və bundan sonra boşana biləcəklərini\” söyləyib.
Belə bir xidməti göstərən insanın isə boşanmağı rədd etdiyini deyib.
Farah BBC-ə açıqlmasında ailəsinə xəbər vermədən bu addımı atan qadınların olduğunu və nəticədə ziyan gördüklərini bildirib.
Londonun qərbindəki Şəriət Qurumu isə qətiyyətlə bunları rədd edir.
Farah isə halaa nikahının risklərini də nəzərə alaraq ərinə geri dönmək fikrindən daşınmış bir vəziyyətdədir.
Lakin o, belə çarəsiz qadınların çox olduğunu xüsusilə vurğulayıb.

İnterpress.az