Əli Kərimliyə cinayət işi açıla bilərbackend

Əli Kərimliyə cinayət işi açıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim dairələrdə Ə.Kərimlinin və Avropadakı şəbəkəsinin mühacir biznesi ilə məşğul olduğu haqda səhih məlumatlar var.

Hüquq-mühafizə orqanları tərəfindən təftiş olunan bu ittihamlarla bağlı prokurorluqda AXCP sədrinə cinayət işi açılması gözləniləndir.

YAP-çı deputat Siyavuş Novruzov qeyd edib ki, Əli Kərimli partiyasına üzv olmayanlara pul müqabilində saxta üzvlük sənədi verərək Avropaya mühacirət etməsinə şərait yaradır:

“Bu adam ən eybəcər korrupsiya ilə məşğuldur. Onu da deyim ki, artıq bunu hüquq-mühafizə orqanları araşdırır. Avropadan da bununla bağlı münasibət bildirilib, oradakı strukturlar məsələ ilə məşğuldur. Bunun qarşısı artıq alınmaqdadır.

Çünki ora mühacir adı altında gedənlər həmin dövlətdən maliyyə almalı olurlar, o dövlət müəyyən müddət ora gedənin minimum yaşayış həddini təmin etməyə məcbur olur. İndi siyasətlə yox, dəllallıqla məşğul olanlar mitinq keçirməyə cəhd edərək qanunsuzluqdan dəm vurur.

Bunlardan hətta bəziləri bu yolla gedib Avropada öz kiçik biznesini qurur və oradan əldə etdikləri vəsaitlərdən Əli Kərimliyə yönəldirlər. Bu barədə də artıq məlumat var. Bəziləri isə həmin dairələrin təhlükəsizlik xidmətinin təsirinə düşür və onlara işləməyə başlayır”.

Ulus.Az-ın xəbərinə görə, paralel olaraq Milli Şuranın ermənilərlə işbirliyi və əlaqələri araşdırılır. Son günlər mətbuatda Ə.Kərimli və şəbəkəsinin separatçı Əlikram Hümmətov dəstəsi ilə əməkdaşlığının olması haqda məlumatlar yer almaqdadır.

Bu məlumatlar əsasında da AXCP sədri barəsində cinayət işi başlana bilər. Hakimiyyət AXCP liderinin fəaliyyətini ciddi-cəhdlə araşdırmaq və konkret faktlarla onu mühakimə etməyi planlaşdırır.

Xarici pasportdan məhrum olunan Ə.Kərimliyə cinayət işi başlamaqla onun Avropadakı qanadının zəiflədilməsi hesablanıb.

Musavat.com yazıb ki, mühacir jurnalist, Əli Kərimlinin ən sadiq adamlarından biri olan Fikrət Hüseynli Ələkrəm Hümmətovun oğlu ilə biznes ortağıdır.

Sitat: “Bu fakta yəqin cənab Hüseynli cavab verəcək – çünki məsələ ciddidir, həm də bir vətən xaininin ailə üzvünün Azərbaycanın müxalifət lideri ilə ortaq biznesi barədə şübhələr yaradır.

Eyni ölkədə – Niderlandda yaşayan F. Hüseynli Hümmətovların azərbaycanlılar arasında mənfi imicə sahib olduğunu nəzərə alaraq, sonuncunun oğlu Romal Hümmətovla mövcud olan biznes əlaqələrini AR-dəki şəriklərindən gizlədib.

Lakin bizə bu fakt məlum deyil ki, o, bu ortaqlıq haqqında Milli Şuraya və Əli Kərimliyə məlumat veribmi, yoxsa faktı ondan da gizlədibmi?

Hamıya məlumdur ki, Ə. Hümmətovun ən yaxın adamlarından olmuş daha bir separatçı və Azərbaycan düşməni Ataxan Əbilov Milli Şuranın rəsmi üzvüdü

İnterpress.az