Türkiyə və Azərbaycan arasında dostluq-qardaşlıq körpüsübackend

Türkiyə və Azərbaycan arasında dostluq-qardaşlıq körpüsü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amma Qaraqoyunlu onu daha böyük işlər üçün yetirmişdi. Səfər Qaraqoyunlunun hazırda ikinci ali təhsilini davam etdirərək Anadolu Universiteti İqtisad Fakültəsi dördüncü kurs tələbəsi olması da deməyə haqq verir ki. bu dağlar oğlunun həyata baxışları “aydınlanmaya”, dəyərli xidmətlər üçün irəli addımlamağa bağlıdır.

Ancaq kim olusansan ol, şəxsiyyət-vətəndaş olmağın yolu vətənə xidmətlə başlar. Beləcə Səfər Qaraqoyunlu 1989-1990-ci illərdə vətən borcunu – (bizim dilimizdə doğma səslənən “əsgərliyini”) GATA H.Paşa Hərbi Xəstəxanasında yerinə yetirdi.

1990-1998-ci illərdə Altıyol Təhsil müəssisələrinə rəhbərlik etdi və bu fəaliyyəti həyatının qarşıdan gələn daha neçə on illərini müəyyən edəcək bir məqsədinə çevrildi. Onun 1999-ci ildə Bahariye Sürücü Kursu və Peşə Təhsil təşkilatlarını qurması həm də bir ilkin müjdəçisi idi. Bundan sonra Səfər bəy Türkiyədə Sürücülük sahəsində əsaslı yeniliklərə liderlik edərək sürücülərin maarifləndirilməsi ilə bağlı ciddi işlərə imza atdı. Məsələn o, Türkiyədə ilk dəfə olaraq simülatörlü təhsilə start verməklə sürücülüktə xüsusi bir mərhələnin başlanğıcını yaratdı.Türklər demiş, o bununla “Türkiyəyə çağ sovuşdurdu”. Səfər bəyin Milli Təhsil Nazirliyi nəzdində açdığı Peşə Təhsil Kursları həm də məşğulluq sahəsində həyata keçirilən layihələr deməkdi və onun sayəsində minlərlə insan iş imkanı əldə etdi. Səfər Qaraqoyunlunun bu istiqamətdəki uğurları çox keçmədi ki, yüksək dövlət qurumlarında əks-səda doğurdu və o bu zəhmətinə görə Türkiyə Milli Təhsil nazirliyi və bir çox dövlət təşkilatları tərəfindən təltif olundu. Onun uğurları populyar media qrumlarının ana xəbər bülletenlərində yer aldı.

Səfər bəy Qaraqoyunlu təkcə Türkiyədə deyil, “aşığı olduğu” Azərbaycanda, paytaxtımız Bakı şəhərində də sürücülükdə ilk simülatörlü təhsili sisteminin yaradıcısı oldu.
Səfer bəy Qaraqoyunlunun qurduğu sahibkarlıq-biznes sahəsinin maddı imkanları gücləndikcə içindən gələn bir səs onu mənəvi məqsədlərini həyata keçirmək üçün səsləyir və qarşısına yeni-yeni məqsədlər qoyurdu.

Onun çıxdığı böyük və keşməkeşli Yolun başlanğıcında isə əlbəttə ki, ilk-əvvəl doğma Iğdırı və bu bölgənin tanıdılması işləri dayanırdı. Gənc, enerjili və maddi imkanları geniş Safer bəy Qaraqoyunlu qarşısına qoyduğu tarixyüklü mənəvi strateji bu işləri gerçəkləşdirmək üçün bir çox qeyri-hökumət təşkilatında ciddi məzmunda layihələr təsdiqlətdi və təbii bu layihələrə maddi və mənəvi olaraq rəhbər oldu. Iğdırın düşmən işğalından qurtuluşunun il dönümlərində böyük tədbirlər təşkil etdi. Safer bəy xalqlarımızın uzunəsrlik həsrət qayğılarına səs verərək Iğdırda birlik və həmrəyliyin təmin edilməsi üçün \”Gurbetten Sılaya Mədəniyyət İncəsənət və Musiqi Şöleni\” adlı möhtəşəm tədbirini təşkil etdi. Iğdırın tanıdılması üçün fotoşəkil sərgisi açaraq bütün dünyanın diqətini “Ağrı qardaşı” Iğdırın gözəlliklərinə yönəltdi. Safer bəy Qaraqoyunlu canından çox sevdiyi Iğdırla əlaqədar çox ciddi bir geopolitik məsələ Ermənistanın Metzamor Nüvə stansiyasının təhlükələrini müxtəlif proqram layihələrlə əlaqədar səviyyələrdə diqqətə çatdıraraq və xüsusi olaraq mətbuatda qabardaraq gözlənilən böyük bəşəri təhlükənin qarşısının alınması üçün vətəndaş mövqeyi nümayiş etdirdi. Hətta seçildiyi Dünya Azərbaycanlıları Qurultayının əldə olunan nəticələr bildirişində bölgə üçün həqiqi qlobal mahiyyət kəsb edən bu problemin yer almasına nail oldu.

Səfər bəy dünyadan və eləcə də qanı,canı ilə bağlı bir millət, iki dövlət Türkiyəsindən özünə, ailə və yaxınlarına maddi-mənəvi maraqlar istəmidi…

Bu türk insanı bütün maddi və mənəvi imkanlarını böyük türk toplumunun birliyi, birlikdə inkişafı üçün böyük işlərə səfərbər etmək amacının həyata keçməsini istəyirdi.
Bu məqsədlərindən biri də Türkiyə – iki qardaş xalq arasında “dostluq-qardaşlıq körpüsü” yaratmaq idi və Səfər bəy üçün bu bir tarixi imtahan, böyük türklük sınağı idi. Beləliklə fikrində İstambul Türkiyə Azərbaycan Dostluq Cəmiyyəti yaratmaq düşüncəsi yarandı. Ancaq körpülər birdən yaranmır. Həm də möhkəm, yüzillərə davamlı körpülər asan yaranmır.

Səfər bəy də “öz körpüsü” nü beləcə asan qurub-yaratmadı. Əvvəl müxtəlif ölkə daxili və xarici qeyri-hökumət təşkilatlarında boynuna öhdəliklər götürdü. Gecə-gündüz ciddi layihələrin həyata keçməsi üçün çalışdı və nəhayət 2010-ci ildə iki qardaş ölkə arasında var olan dostluq, qardaşlıq və həmrəylik bağlarını gücləndirərək bu nəhəng milli birliyin ən yüksək səviyyələrdə təmsil olunması naminə ustadı olacağı İSTAD-ı yaratdı.

Əlbəttə “tək əldən səs çıxmaz”-deyib atalarımız. Səfər Qaraqoyunlu da bu tarixyüklü işə Bedir Taşan, Murat Danışmanlı, Servet Yenigün. Turan Akmanli, Metin Yıldırım, Bülent Tanrıverdi kimi yaxşı tanıdığı, Azərbaycana sevgisinə, sədaqətnə, güxünə və iradəsinə bələd olduğu adamlarla,əksəriyyətlə də İgdır və Qarsdan olan məsləkdaşları ilə başladı.

Türkiyə və Azərbaycan arasında dostluq-qardaşlıq körpüsü

Bu Azərbaycan sevgili yaradıcıların arasında Bedir Taşanın babalarının qan yaddaşmız İrəvan xanlığından Gökçe mahalından olması diqqəti çəkdi. Bədir Taşanın babaları Iğdıra Ermeni zulmünden qurtulmaq üçün məcburi köçənlərdəndir. Onların doğma yurlarından didərginlik tarixi 1905-1919 ıllərə təsadüf edir. Qana həris ermənilər Bedir bəyin babasının əmisini, yoldaşını və iki oğlunu vəhşicəsinə öldürməklə bu nəslin vətən torpaqlarından nəsillikcə baş götürüb getməsinə dsəbəb olmuşlar. Etmənilərin ailələrinə, bütün mahala tutulan divanı haqqında babalardan oğullara çatan vəhşilik divanı xatirələri Bədir nəyin hafizəsində iz salaraq onunla bərabər böyüyüb ixtiyar yaşa dolmuşdur. Elə İSTAD-ı yaratmaq, qurulmasında maddi-mənəvi dəstək olmaq fikri də Azərbaycanına yaxın olmaq, onun sevincinə, şad günlərinə.eləcə də dərdinə-sərinə şərik olmaq, əsas da erməni vəhşətləriini bütün dünyaya yaymaq duyğularından qaynaqlanır.

“Azərbaycan və Türkiyənin ortak məqsəd və maraqları üçün nəfəsim yettiği qədər çalışacağam”-deyən İSTAD sədrinin müavini(keçmiş polis məmuru) Bedir bəy Taşan Azərbaycan sevgisini, Odlar yurdunun qədim və təravətini tarixlər boyu qoruyub saxlamış adət-ənənələrini evində-aiəsində də yaşadır, bütün xarakteri və fəaliyyəti ilə “İrəvan xanlığı övladı, Göyçə dəliqanlısı, Azərbaycan kökənli” olduğunu təsdiqləyir.

Beləcə, Səfər Qaraqoyunlu üzvləri Bedir Taşan kimi həqiqi Azərbaycan sevərlər olan İSTAD-ın fəaliyyətinə Azərbaycana aid bütün rəsmi və milli günləri İstanbul da qeydiyyatdan edilməsi ilə başladı.

Ulu Öndər Heydər Əliyevin doğum və anım günləri, Qanlı 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart Azərbaycanlıların Milli Soyqırım günü, 28 May Azərbaycan Xalq Cümhuriyyətini yaranması günü, 18 oktyabr Milli Müstəqillik günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Türk dünyasının ortaq mədəniyyət mirası olan Novruz Bayramı İSTAD-ın böyük müvəffəqiyyətlərlə təşkil etdiyi tedbirlərdəndir.

İSTAD 2012 də Xocalı soyqırımı – Xocalıya Ədalət kompaniyası ilə əlaqədar Böyük Taksim Yürüşündə öndə olmuş, Fransız Konsulluğu qarşısına qara çələng qoyub mətbuata bu haqda geniş açıqlama vermişdir. Bu tədbirlərdə Azəbaycandan dəvət olunmuş çox sayda millət vəkilləri, tarixçilər, elm , ədəbiyyat və sənət adamları hər bir rəsmi günün dəyərini qardaş ölkənin insanlarına, xüsusən də Türkiyəmizin gələcəyi olan gənclərə aşılamağa çalışmışlar ki, bu təbliğatla birlikdə, yaşanmışların yaddaşlara həkk olunmasını təmin etməkdi.

Türkiyə və Azərbaycan arasında dostluq-qardaşlıq körpüsü

İSTAD Təşkilatının ümum Türk Dünyası tarixinə, mədəniyytinə bağlı gördüyü işlərin sırası genişdir. Sefer Qaraqoyunlunun bu amal və amac üçün görmədiyi, öhdəsindən gələ bilmədiyi və həlli yolunda ortaya çıxan problemlərin həllindən qaçdığı heç bir iş yoxdur. Onun USTADI olduğu İSTAD Türkiyəmizin İstambul şəhərində nəinki məskunlaşıb yaşayan, hətta bu nağıllar dünyası şəhərə turist, işgüzar səfər və s. məqsədlərlə yolu düşən hər bir Azərbaycanlı üçün isti, doğma ocaqdır. Xüsusilə də İSTAD-a İstanbulda təhsil alan çoxsaylı tələbələr üz tutur, maddi-mənəvi dayaqları Səfər bəylə irili-xırdalı çətinliklərini paylaşmaqdan rahatlıq tapırlar.

Səfər bəy və həmçinin Cəmiyyətinin üzvləri Azərbaycanda təşkil edilən müxtəlif dövlət tədbirləri, mərasimlərdə iştirak etməklə də iki ölkə arasında dostluq və qardaşlıq körpüsünü gücləndirməkdədirlər.

İSTAD İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Cərniyyəti hər il Qafqaz İslam Ordusu sərkərdəsi Nuru paşa xatirəsinə və Türkiyə Azərbaycan qardaşlığı şərəfinə Azərbaycana gəzintilər təşkil edir, Səfər bəyin Nuru paşanı anarkən dediyi fikirlər yanaşma yeniliyi, həqiqiliyi və səmimiliyi ilə fərqlənir: “Qafqas İslam ordusunu Bakıya gətirən bir ruh vardı. Bu ruh Türklüyün yaşaması və davamlılığı üçün milli birlik və həmrəyliyin möhkəmlənməsinə bağlı qardaşlıq ruhu idi”. Bu cəmiyyətin hər il 15 sentyabr tarixində Bakı Türk Şəhidliyində Bakının düşmən işğalından qurtuluş günü mərasimlərində geniş heyətlə iştirakı da artıq bir ənənə şəklini alıb.

Bunlarla birlikdə İSTAD Azərbaycanın və Türk Dünyasının ortaq problemi olan əsassız soyqırım iddiaları və Qarabağ Xocalı soyqırımı ilə əlaqədar bir çox seminar, panel və konfranslar təşkil edərək ermənilərin soyqırım yalanlarını bütün dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla öz üzərinə düşən tarixi məsuliyyəti gerçəkləşdirir. Səfər Qaraqoyunlu 2012-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilən Avropa Azərbaycanlıları Konqresinə Türkiyə nümayəndəsi olaraq seçilmişdir. Məqsədi “iki dövlətin bir milləti olan” insanlar arasında sosial-mədəni, ədəbi və sənət məzmunlu dostluq əlaqələrinin qüvvətlənməsi, tarixə iz salması olan Səfər bəy bu niyyətlə də Türkiyə – Azərbaycan və Türk Dünyasının birlik və həmrəyliyi adına bağlı bütün işlərdə daimi olaraq yüksək fəallıq nümayiş etdirir.

Dünya Azərbaycanlıları Konqresi, Avropa Azərbaycanlıları Konqresi və Türk Birliyinin üzvü olaraq Türk Dünyasının gələcəyini ehtiva edən ciddi çıxışlarla təbliğat işimizə xidmət göstərən-haqq işimizi dünyaya bəyan edən Səfər bəy Qaraqoyunlu heç də təsadufi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Tərəqqi ordeni və Azərbaycan Milli Dədə Qorqud Fondu tərəfindən Türk dünyası Qızıl Ürək qızıl medalı habelə onlarla diplomlarla təltif olunmuşdur.

Səfər bəy Qaraqoyunlu Türkiyə və Azərbaycan arasında dostluq körpüsü olan İSTAD-da sədr olaraq, həmçinin də təhsil-maarifləndirmə rəhbəri kimi öz missiyasını uğurla davam etdirməkdədir.

Səfər Qaraqoyunlu bu ictimai fəaliyyəti-xalq diplomatiyası xidmətləri ilə bərabər siyasi aləmdə də öz mövqeyini ifadə edir. Belə ki, o. TC Milliyyətçi Hərəkət Partiyasının Kadıköy ərazisi üzrə vitse-prezidenti kimi məsul vəzifəni daşıyır. Eyni zamanda S.Qaraqoyunlu TC parlametinə 25-ci seçim Iğdır millət vəkili namizədi olmuşdur.

Bu ictimai-siyasi nüfuz sahibi həmçinin İstanbul Ticarət qurumunun daimi üzvüdür. Səfər Qaraqoyunlu həm də gözəl ailə başçısı, üç övlad atasıdır. İşində olduğu qədər evində, evdə olduğu qədər işində vicdan-ləyaqət sahibi olan bu Türk insanımızdan arzu və diləklərini soruşduqda \”ən böyük istəyimiz və arzumuz budur ki inşallah bir gün Nuru paşanın abidəsi Bakıda yaradılsın, adı prospektlərə verilsin\” dedi. Səfər bəyin fəxrlə söylədiyi aşağıdakı fikirlər isə dünyamız var olduqca daim təravətini qoruyub saxlayacaqdır: \”Biz sözdə deyil, özdə bir millətik\”; “Azərbaycan türk dünyasının Türk Milliyətçiliyi ilə yoğrulmuş qəlbidir”.

Səfər Qaraqoyunlu Səməd Vurğunumuzun “Azərbaycan” şerini çox sevir. Təsvvür edirəm bu əfsanəvi şerimizi onun yanıqlı səsində… O. Bəxtiyar Vahabzadənin “Vətən” şerini də çıxışlarının önündə yada salır… Hələ tariximizin dastan səhifələri kimi yandırıb yaxan muğamlarımıza qan yaddaşından doğan həsrətli aludəliyi… Bütün bunlar onu çoxtərəflərdən yaxşı anladır…

Bu cür türk qardaşlarımızla qürur duyuruq. Onun Azərbaycana böyük məhəbbətdən doğan xidmətlərini \”bir millət, iki dövlət\” arasında ən etibarlı dostluq-qardaşlıq körpüsü ruhunda qiymətləndiririk.

Xatirə Quliyeva
Fəlsəfə elmləri doktoru

İnterpress.az