Astarada 9 yaşlı uşağı maşın vurubbackend

Astarada 9 yaşlı uşağı maşın vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un Cənub bürosunun verdiyi xəbərə görə, Səməd Vurğun küçəsi, 34/57 ünvanında yaşayan Rzazadə Allahverdi İsrafil oğlu evlərinin yaxınlığında avtomaşın tərəfindən vurularaq ciddi xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qapalı kəllə-beyin travması və sağ aşağı baldır sümüyünün sınığı diaqnozu qoyulan yaralı ilkin tibbi müdaxilədən sonra Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

İnterpress.az