Elmar Məmmədyarov Polşaya getdibackend

Elmar Məmmədyarov Polşaya getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski və digər rəsmi şəxslərlə görüşəcək.

Polşaya səfər əsnasında azərbaycanlı nazir aprelin 12-də Varşavada keçiriləcək \”Vişeqrad Qrupu\” və \”Şərq Tərəfdaşlığı\” ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

\”Vişeqrad Qrupu\” və \”Şərq Tərəfdaşlığı\” ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində E.Məmmədyarovun ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.

İnterpress.az