Xərçəng hüceyrələrinin inkişafını ləngidir – Bibəriyəbackend

Xərçəng hüceyrələrinin inkişafını ləngidir – Bibəriyə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundan əlavə bu ətirli ot əsrlər boyu müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Müasir araşdırmalar bibəriyənin güclü xərçəng əleyhinə təsiri aşkar edib. Eksperimentlər göstərib ki, bibəriyənin tərkibində olan maddələr xərçəng hüceyrələrinin inkişafını ləngidir.
Bundan əlavə elmdə bibəriyənin beyinə olan güclü müsbət təsiri sübut edilib. Bu ədviyyat beyinin fəaliyyətini, yaddaşı, zehni, əhvalı yaxşılaşdırır, baş ağrıları azaldır. Hətta bibəriyənin ətri beyinin fəaliyyətinə müsbət təsir edir. Alimlər beyinin sağlamlığını qoruyub saxlamaq, beyində yaşlanma proseslərini ləngitmək üçün bu ədviyyatdan istifadə etməyi tövsiyə edirlər. Həmçinin bibəriyə immun sistemini və qaraciyəri möhkəmləndirmək, qan dövranını yaxşılaşdırmaq və saçların uzanmasını sürətləndirmək kimi faydalı xüsusiyyətlərə malikdir.

Xərçəng hüceyrələrinin inkişafını ləngidir - Bibəriyə

İnterpress.az