Razi Nurullayev Ermənistanı və Minsk Qrupunu tənqid etdibackend

Razi Nurullayev Ermənistanı və Minsk Qrupunu tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Bolqarıstanda, NATO-nun zirvə toplantısında yaradılan Sülh Naminə Tərəfdaşlıq Konsorsiumu (The Partnership for Peace Consortium (PfPC) tərəfindən düzənlənən və müdafiə təsisatlarının qurulmasına həsr edilən beynlxalq konfransda çıxışı zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib.

Razi Nurullayev çıxışında qeyd edib ki, son illər Azərbaycanın hərbi büdcəsi 10 dəfədən çox artıb və iki il öncə bu rəqəm $4.8 milyard dollara çatmışdı. Bu o deməkdir ki, ölkəmiz hərbi qüdrəti ilə işğaldan qurtula bilər:

“Bu gün müasir silahların əldə edilməsi Azərbaycan üçün işğal altında olan əraziləri azad etmək üçündür, Ermənistanın müasir silahlar əldə etməsi isə işğalı davam etdirmək, əraziləri nəzarətindən buraxmamaq və status kvonu saxlamaq cəhdidir.

Ermənistanın Azərbaycana, Gürcüstana və Türkiyəyə qarşı ərazi iddiaları var, sabah Rusiyaya və İrana qarşı da bu iddiaları ola bilər. Belə iddialarda olan ölkənin silahlar əldə etməsinin təhlükəsini özünüzə təsəvvür edin.

Regional münaqişələrə həll yolu tapılmadan regionun təhlükəsizliyi mümkün olmayacaq. Xüsusən də, Dağlıq-Qarabağ münaqişəsində status-kvonun saxlanılması fəlakətlərə yol aça bilər. Hər an müharibə təhlükəsi var və bu Cənubi Qafqaz regionunda təhlükəsizlik və geniş əməkdaşlıq məsələlərinə ciddi əngəl törətməkdədir. Əgər Ermənistan sülh və təhlükəsizlikdən yanadırsa, o zaman işğalçılıq və təcavüzkarlıqdan əl çəkməlidir.

ATƏT-in Minsk Qrupunun da fəaliyyəti ürəkaçan deyil. Düşünürük ki, Fransanın yerinə üzv dövlətlər adından Avropa Birliyinin həmsədr olması prosesə yenə müsbət çalarlar gətirə bilər”.

İnterpress.az