26 yaşlı oğlan qətlə yetirildibackend

26 yaşlı oğlan qətlə yetirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayonun hüquq-mühafizə orqanlarından SalamNews-a verilən məlumata görə, 1991-ci il təəvəllüdlü İsmayilov Faiq Elzibar oğlu yaşadığı həyət evində qətlə yetirilib.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları və məhkəmə-tibbi eksperti gələrək ilkin müayinələr aparıblar. Qətlin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində zərurui istintaq və əməliyyat tədbirləri davam etdirilir.

İnterpress.az