“Maliyyə vəziyyətimiz yaxşıdır, süni qiymət artımına yol verilməməlidir”backend

“Maliyyə vəziyyətimiz yaxşıdır, süni qiymət artımına yol verilməməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı qeyd edib ki, bu ilin ilk 3 ayı yaxşı nəticələrlə yekunlaşıb: “Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi önəmli məsələlərdən biridir. Süni qiymət artımına yol verilməməlidir. Dövlət büdcəsinin icrası uğurla gedir. Ölkə üçün ən lazımlı layihələrə vəsait ayrılıb. Maliyyə vəziyyətimiz yaxşıdır. Valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə çoxdur”.

Prezident bildirib ki, bu ilin ilk 3 ayında nəqliyyat sektorunda da yaxşı nəticələr əldə edilib: “Astaraçay üzərindən keçən körpü vasitəsilə ötən ay Azərbaycandan İrana birinci qatar yola salındı. Bakı-Tbilisi-Qars dəmir yolunun da bu il istfiadəyə verilməsi nəzərdə tutulub”.

İnterpress.az