Sosial şəbəkələr uşaqların xoşbəxtliyini azaldırbackend

Sosial şəbəkələr uşaqların xoşbəxtliyini azaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın \”The Times\” qəzetində dərc olunan xəbərə görə, sosial şəbəkələrdə daha çox vaxt keçirən uşaqlar, daha az vaxt keçirən uşaqlarla müqayisə edildikdə ikincilər dərsləri, məktəbləri, görünüşləri, ailələri və ümumilikdə həyatları haqqında bədbin olmalarına baxmayaraq dostlar əhatəsində özlərini daha xoşbəxt hiss edirlər.

Qəzetin təhsil üzrə redaktoru Rosemary Bennet-in yazdığı məqaləyə görə, sosial şəbəkədə bir saat vaxt keçirmək uşaqların həyatıyla bağlı \”tamamilə xoşbəxt\” hiss etmə ehtimalını 14 faiz azaldır.

Sheffield Universitetinin apardığı araşdırmanın nəticələri Krallıq İqtisadi Cəmiyyətinin (Royal Economics Society) illik konfransında təqdim ediləcək.

Gənclərin sosial şəbəkədə keçirdiyi vaxtın spirtli içki və siqaret kimi zərərli vərdişlərə başlamaq ehtimalını azaltdığını dəstəkləyənlərlə yanaşı sosial şəbəkənin gənclərin sağlamlığına ziyan vurduğunu düşünənlər də var.

Bəzi araşdırmalara görə, sosial şəbəkədən istifadə xüsusulə qiz uşaqlarının görünüşləriylə bağlı bədbin olmalarına yol açır. (bbc)

İnterpress.az