Mosulda dinc sakinlərin köçü başlandıbackend

Mosulda dinc sakinlərin köçü başlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Mosulun İŞİD terrorçularından azad edilməsilə bağlı keçirilən hərbi əməliyyatlarla əlaqədar şəhəri məcburi tərk edən sakinlərin sayı 350 min nəfəri ötüb. Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.

“Qərbi Mosuldan insan axını davam edir. Təkcə son iki sutka ərzində 17 min nəfər şəhəri tərk edib. Mosulda ümumilikdə 352 min nəfər evsiz qalıb, onlardan 280 mini Qərbi Mosulda davam edən döyüşlər səbəbindən”, – deyə Stefan Düjarrik bildirib.

Qeyd edək ki, İŞİD terror təşkilatı İraqın Mosul şəhərində dinc əhaliyə divan tutmaqda davam edir. Aprelin 7-də terrorçular Mosulda dinc əhalini tərkibində döyüş qazı olan mərmilərlə atəşə tutublar. Bu barədə şəhər bələdiyyəsinin sədri Əbdül Səttar əl-Xabu xəbər verib. Onun sözlərinə görə, terorçular dinc əhalidən bir neçəsini də qətlə yetirib.

\”İŞİD dinc əhali və azad olunmuş Yarmuk və Mətahin rayonlarında olan hökumət qüvvələrinə qarşı tərkibində döyüş qazı və xlor olan mərmilərdən istifadə edib\”, — deyə Əbdül Səttar əl-Xabu bildirib.

Aprelin 8-də isə terrorçular İraqın Mosul şəhərində dinc əhalini qırıblar. Terrorçular bu dəfə ordunun nəzarətində olan ərazilərə keçməyə cəhd etmiş 50 dinc sakini edam ediblər. Terrorçular sakinləri Mosulun mərkəzindəki Ras əl-Cada və Əl-Müşahadə rayonlarında qətlə yetiriblər.

Vəhşilikləri bitib-tükənməyən İŞİD üzvləri əhalini qorxutmaq üçün öldürülən sakinlərin cəsədlərini küçələrə səpiblər. Heç kimə də icazə verilməyib ki, meyitləri dəfn etsinlər.

Qeyd edək ki, hazırda Mosulun qərbində İŞİD terrorçuları 300 minə yaxın dinc əhalini nəzarətdə saxlayır. Terrorçular insanlara imkan vermirlər ki, şəhəri tərk etsinlər. Gizlincə şəhərdən qaçmaq istəyənlər isə öldürülür.

Xatırladaq ki, 2016-cı ilin oktyabr ayından Mosulda İraq ordusu və ABŞ hərbçilərinin birgə təşkil etdiyi koalisiya qüvvələri əməliyyatlara başlayıb. Əməliyyatlar nəticəsində İraqda bir çox ərazi İŞİD terrorçularından təmizlənib. Bu ilin mart ayından başlayaraq Mosul şəhəri mühasirəyə alınıb.

İnterpress.az