Yararlılıq müddəti bitmiş kolbasa və sosiska satan şəxslər tutulubbackend

Yararlılıq müddəti bitmiş kolbasa və sosiska satan şəxslər tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Nicat Babaşi və Vüqar Səlimov yararlılıq müddəti bitmiş kolbasa və sosiska məhsullarını satarkən saxlanılıblar.

Binəqədi rayonu ərazisində həmin şəxslərə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş və satılması nəzərdə tutulan müxtəlif çeşidli kolbasa sosiska aşkar olunaraq götürülüb.

Aşkar edilən ərzaq məhsulları Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Ekspertiza tərəfindən müəyyən edilib ki, satılan kolbasa və sosiska məmulatları istifadəyə tam yararsızdır, eləcə də insan sağlamlığına təhlükə yarada bilər.

Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar aparılır.

Yararlılıq müddəti bitmiş kolbasa və sosiska satan şəxslər tutulub

Yararlılıq müddəti bitmiş kolbasa və sosiska satan şəxslər tutulub

Yararlılıq müddəti bitmiş kolbasa və sosiska satan şəxslər tutulub

İnterpress.az