“Azərbaycan hər zaman bizim qəlbimizdədir”backend

“Azərbaycan hər zaman bizim qəlbimizdədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Prezident İlham Əliyev aprelin 11-də Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Güllə Bakıda, Türkiyədə və başqa ölkələrdə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

“Azərbaycan hər zaman bizim qəlbimizdə, könlümüzdədir”, – deyən Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gül Türkiyədə Baş nazir və prezidentlərin, o cümlədən özünün də ilk xarici səfərlərini Azərbaycana etməsindən məmnunluğunu ifadə edib. Abdullah Gül ölkəmizə hər gəlişi zamanı Azərbaycanın sürətli inkişaf etdiyinin və daha da gözəlləşdiyinin şahidi olduğunu dedi.

Öz növbəsində dövlət başçısı kimi ilk rəsmi səfərlərini Türkiyəyə həyata keçirdiyini məmnunluqla qeyd edən Prezident İlham Əliyev yüksək rütbəli dövlət məmurlarının da ənənəvi olaraq bu cür qarşılıqlı səfərlərinin önəmini vurğulayıb.

Söhbət zamanı dövlət başçısı son bir neçə ildə Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlarla bağlı məlumatları diqqətə çatdırıb.

İnterpress.az