Dövlət qurumlarda büdcə qanunsuzluqları aşkarlandıbackend

Dövlət qurumlarda büdcə qanunsuzluqları aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdən verilən məlumata görə, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti barədə illik hesabatda bildirilib.

Hesabatda qeyd olunur ki, aparılmış audit nəticəsində Gənclər və İdman Nazirliyində, Azərbaycanın NATO-dakı nümayəndəliyində, Tələbə Qəbulu üzrə Dövlət Komitəsində, “Azərsu”, “Azərkosmos” ASC-də, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində aşkarlanan büdcə pozuntularından 35,5 min manat, 14,6 min avro, 33,1 min ABŞ dolları məbləğində vəsait dövlət büdcəsinə, 103,9 min manat məbləğində mal-material natura şəklində bərpa edilib, 42,0 min manat məbləğində debitor borcun bağlanılması təmin olunub.

Hesabat Milli Məclisə təqdim olunub və aprelin 14-də müzakirəyə çıxarılacaq.

İnterpress.az