Gürcüstan Rusiyadan qaz alışını dayandırdıbackend

Gürcüstan Rusiyadan qaz alışını dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze İctimai televiziyanın efirində bildirib.

Nazirin sözlərinə görə, Gürcüstan yanvar ayından mart ayına qədər Rusiyadan 100 milyon kub metr qaz alıb. O, vurğulayıb ki, bu ilin əvvəlində “Qazprom”la bağlanan müqavilə Rusiyadan qaz asılılığını azaltmağa imkan verir.

“Rusiya qazının Ermənistana tranzitinə görə aldığımız vəsaitlə, biz Azərbaycandan qaz almaq imkanına malikik. Lazım olsa İrandan da qaz ala bilərik”,- deyə Kaladze vurğulayıb.

İnterpress.az