Qadınlarda “sonsuzluğu” müalicə edən pəhriz varmı?backend

Qadınlarda “sonsuzluğu” müalicə edən pəhriz varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”The İndependent\” qəzeti yazır ki, Polikistoz Yumurtalıqlar Sindromu (PYS) – (Polycystic Ovary Syndrome – PCOS) hər on qadından birinin uşağa qalmasında əngəl yaradır.
Bu xəstəlik təkcə sonsuzluğa səbəb olmur, həm də hirsutizm (kişilər kimi tüklənmə), ziyillənmə, kökəlmə kimi simptomlar yaradır. Bu isə ürək qüsurları və diabet kimi xəstəliklərə tutulma riskini yüksəldir.
Buna baxmayaraq alimlər PYS-nin yaranma səbəblərini hələ də tam bilmirlər.
Bu sindrom yumurtalıqlarda natamam kisəciklərin yaranması, aybaşıların nizamsızlığı və ya itməsi və testosteron hormonunun normanı aşması ilə müşayiət olunur.
Bu pozuntularla bağlı qadının orqanizmində insulinə müqavimət yarana bilər. İnsulin hormonu isə qanda şəkərin parçalanmasını təmin edən əsas komponentdir və onun işindəki pozuntu diabet xəstəliyinə yol açır.
Bununla belə, insanın həyatını mənfiyə doğru dəyişən bu hal çox az öyrənilib. Bəlli olan budur ki, qadınların təxminən dörddə üçü bu sindroma malik olduğindan xəbərsizdir.
Məqalədə deyilir ki, simptomlar qadından-qadına fərqlənsə də, onlaırn müalicəsində sağlam pəhriz və çəkiyə nəzarət böyük rol oynaya bilər.
Lakin bu sağlam pəhrizin özünün nədən ibarət olduğu indiyədək çoxsaylı suallar yaradıb. Bəziləri bunun veqan dieti olduğunu deyirlər. Yəni söhbət aşağı doymuşluğu olan yağlar və yüksək vitaminlərlərlə zəngin qidalardan gedir. Bəziləri isə deyirlər ki, PYS-li qadınlar karbohidratların qəbulunu ümumiyyətlə dayandırmalıdırlar.
Amma ekspertlərin fikrincə PYS üçün pəhriz olduqca sadədir.
Buna \”sağlam pəhriz\” də demək olar. Bol meyvə-tərəvəz, yağsız ətlər, aşağı yağlılıqlı və aşağı şəkərli qida və içkilər…
Ekspertlər həmçinin bu qənaətdədirlər ki, PYS olan qadınlar gündə üç dəfə yeməlidirlər. Arada kalorisi çox aşağı olan qəlyanaltılar da ola bilər.
Ekspertlərin fikrincə Gİ dietlər – yəni qlikemik indeksli və ya şəkərinə nəzaərət olunan pəhrizlər PYS simptomlarının azaldılmasında müstəsna rol oynaya bilər. Beləki Gİ pəhrizlər orqanizmin insulinə reaksiyasını artırır.
Ekspetlər bunu belə izah edirlər: PYS-dən əzab çəkən qadınlarda orqanizm insulinə müqavimətli olur. Bu isə orqanizmdəki insulinin çoxluğuna gətirib çıxarır. İnsulin isə testosteronun səviyyəsini qaldırır və beləliklə, ziyillənmə və tüklənmə kimi simptomlara yol açır.
Bu mənada glikemik indeksi yüksək olan xəmir qidalardan və kartofdansa, qara düyü, yağsız ət və balıqla qidalanmaq daha faydalıdır.
Ekspertlər sürətlə arıqladan qidalardan da çəkinməyi tövsiyə edirlər. Başlıca məqsəd şəkərin miqdarını nəzarətdə saxlamaqdır. Odur ki, əslində qadağan olunan qidalar yox, limiti olan qidalar var.
Hər şeydə olduğu kimi yeməkdə də əndazəni gözləmək lazımdır.
Bir sıra ekspertlər bildirirlər ki, qadınlar qanda insulinin miqdarına nəzarətə kömək edən tibbi vasitələrdən, preparatlardan da faydalana bilərlər. Lakin bu, həkim məsləhəti ilə edilməlidir. (bbc)

İnterpress.az