“Əgər Heydər Məscidində vəhdət namazı qılırlarsa, bizdəki birliyə dünya həsəd aparır”backend

“Əgər Heydər Məscidində vəhdət namazı qılırlarsa, bizdəki birliyə dünya həsəd aparır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a Milli Məclisin deputatı Elman Nəsirli bildirib. Onun sözlərinə görə, dini zəmində Azərbaycanda heç bir problem yoxdur:

Azərbaycan multukulturalizm dəyərlərini paylaşır. Dünyaya təkcə neft və qaz deyil, eyni zamanda, multukulturalizm dəyərlərini ixrac edir. Dünya da bunu görür. Multurkulturalizm və tolerantlıq məsələləri ilə bağlı Azərbaycan ən mühüm tədbirlərə ev sahibliyi edb. Bunlar BMT çərçivəsində nəzərdə tutulan tədbirlərdir. 2010-cu ildə Azərbaycan dünyanın dini liderlərinin ən mühüm sammitinin keçirildiyi məkan oldu. Bakı şəhərində belə bir tədbir keçirildi.

Elman Nəsirli qeyd edib ki, Azərbaycan dünya siyasətində birmənalı olaraq tolerant ölkə kimi tanınır:

Və biz bu ifadəni işlətməyi o qədər sevmirik. Bu səbəbdən də tolerantlıq sözünün mənası \”dözümlülük\”deməkdir. Biz müxtəlif dinlər arasında barışığın, qardaşlığın tərəfdaşıyıq. Hesab edirəm ki, bütün dünya da bunu dərk edir. Bu məsələlərlə bağlı Prezidentin hələ iki il bundan öncə YUNESKO-nun tədbirində söylədiyi fikirlər olduqca aktualdır. Həmin tədbirdə Prezident vurğuladı ki, “millətlər, dinlərarası toqquşmalardan hifz olunmağın çox sadə yolu var. Heç bir zaman qonuşudan soruşmayın ki, siz məsciddə, yoxsa kilsədə ibadət edirsiniz. Qonşu olaraq birgə yaşayıb, bir-birinizə dəstək verin. Onda dünyamız çox təhlükəli fəlakətlərdən hifz ola bilər.” Çox mürəkkəb məsələlərin sadə yolu var. Bu dostluğa, qardaşlığa bir çağırışdır və bu çağırış Azərbaycandan bütün dünyaya ünvanlanır. Ölkə prezidenti 2016-ci ili multukulturalizm, 2017-ci ili isə islam həmrəyliyi ili elan edib. İslam həmrəyliyi deyəndə bu təkcə 57 ölkə arasında nəzərdə tutulmayıb. Eyni zamanda bu bütün dünyada dinlərin daşıyıcılarına bir mesajdır ki, gəlin əl-ələ tutaq.

Elman Nəsirli vurğulayıb ki, Azərbaycandakı sabitlik hansısa xarici qüvvələri narahat edir:

Azərbaycanın bütün dünyaya sülh mesajı ünvanlaması, ictimai-siyası sabitlik, əminamanlıq, xalq ilə hakimiyyətin birliyi və s. bütün bunları gözü götürməyən qüvvələr var. Onlar istəyir ki, büzüm bu böyük naliyyətlərin üstündən xətt çəksin. Hesab edirəm ki, məcidin sökülməsində müəyyən dairələr maraqlı ola bilər. Bu da müəyyən qrup insanlar arasında narazılığa səbəb olsun. Amma bizim xalq müdrik xalqdır. Çox gözəl dərk edir ki, bir ölkə \”İslam Həmrəyliyi\” oyunları keçirirsə, \”İslam Həmrəyliyi ili\” elan edirsə, deməli, bu ölkədə dini zəmində heç bir problemdən söhbət gedə bilməz. Məscid söküləndən sonra ən müasir yerdə yenidən tikiləcək. Buna əmin ola bilərlər. Əgər Heydər Məscidində vəhdət namazı qılırlarsa bizdəki birliyə dünya həsəd aparır.

İnterpress.az