Avtobus qəzaya uğradı – Yaralananlar varbackend

Avtobus qəzaya uğradı – Yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un şimal bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Quba yolunun 173-cü km-də, rayonun Atuc kəndi ərazisindən keçən hissəsində sərnişin avtobusu dərəyə aşıb.

Qəza nəticəsində avtobusda 8 nəfər olub, onlardan 4-ü yaralanıb. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Quba Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır: \”Avtoqəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan dörd nəfər xəstəxanaya gətirilib. Onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Digər üç yaralı – Quba rayon sakinləri, 1990-cı il təvəllüdlü Ürfan Ürfulla oğlu Həmidovun, 1989-cu il təvəllüdlü Eldar Sarıb oğlu Qədimovun və 1972-ci il təvəllüdlü Hürriyyət Rəhman qızı Teyyubovanın vəziyyətləri ağır olduğu üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib\”.

İnterpress.az