Azərbaycanda sənaye məhsulu istehsalı azalıbbackend

Azərbaycanda sənaye məhsulu istehsalı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsindən verilən məliumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,0 faiz artıb, neft sektorunda isə 8,3 faiz azalıb.

Sənaye məhsulunun 71,8 faizi mədənçıxarma sektorunda, 22,6 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 9,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,9 faiz artıb.

Emal sektorunda qida məhsullarının istehsalı 3,4 faiz, içkilərin istehsalı 37,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,4 dəfə, geyim istehsalı 2,0 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 52,1 faiz, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 42,4 faiz, tikinti materiallarının istehsalı 50,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 3,8 faiz, kompüter və elektron məhsulların istehsalı 2,2 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,9 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 24,7 faiz, mebel istehsalı 56,5 faiz artmış, tütün məmulatlarının istehsalı 58,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,0 faiz, kağız və karton istehsalı 3,3 faiz, poliqrafiya məhsullarının istehsalı 63,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 4,3 faiz, hazır metal məmulatlarının istehsalı 21,0 faiz, maşın və avadanlıqların istehsalı 42,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 59,9 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,6 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,7 faiz azalmışdır.

İnterpress.az